Avtomobildə siqaret və araq aşkar edildi

Ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilmiş külli miqdarda aksiz markasız siqaret və araqların realizə edilməsinin qarşısı alınıb. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, “Mercedes-Benz Vito” markalı avtomobil Tovuz rayonu ərazisində saxlanılıb.

Ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilmiş külli miqdarda aksiz markasız siqaret və araqların realizə edilməsinin qarşısı alınıb. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, "Mercedes-Benz Vito" markalı avtomobil Tovuz rayonu ərazisində saxlanılıb. Azərbaycan Respublikasının vətəndaşı Bəxtiyar Hüseynovun idarə etdiyi həmin nəqliyyat vasitəsinin yük yerinə baxış zamanı, orada siqaret və araqların olduğu müəyyən edilib. Daha sonra Tovuz Gömrük İdarəsinə gətirilən avtomobilə ətraflı baxış keçirilib. Yoxlama zamanı, nəqliyyat vasitəsinin yük yerində olan iki çantada və yük yerinin qapısının örtüyünün altında cəmi 37. 600 ədəd "Marlboro", "Davidof", "Parliament silver blue" və "Parliament aqua blue" markalı siqaretlər və 40 ədəd "Russkiy standart" adlı araq aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31