Sarkisyanın generalı işdən qovulur
Ermənistanın müdafiə naziri Vigen Sarkisyan prezident Serj Sarkisyanın kadrlarını nazirlikdən təmizləməyə başlayıb. Bu barədə Ermənistanın “Çİ” qəzeti məlumat yayıb. Nəşrin əldə etdiyi məlumata görə, ilk hədəf general Haykaz Bağmanyandır. Belə ki, o, tezliklə Müdafiə Nazirliyinin təqaüddə olan generalları sırasına qoşulacaq.
15 Sentyabr 2017 12:03 DünyaErmənistanın müdafiə naziri Vigen Sarkisyan prezident Serj Sarkisyanın kadrlarını nazirlikdən təmizləməyə başlayıb. Bu barədə Ermənistanın "Çİ" qəzeti məlumat yayıb. Nəşrin əldə etdiyi məlumata görə, ilk hədəf general Haykaz Bağmanyandır. Belə ki, o, tezliklə Müdafiə Nazirliyinin təqaüddə olan generalları sırasına qoşulacaq. Nəşr iddia edir ki, Vigen Sarkisyan Bağmanyan kimi "döyüşçüləri" həzm edə bilmir və onlardan azad olmağa cəhd edir. Məlumata görə, general Bağmanyan Serj Sarkisyanın ən yaxın adamlarından biri hesab edilsə də, Vigen bu məsələdə israrlıdır. AzVision.az