ABŞ-dan İrana növbəti sanksiya dalğası
ABŞ İranın 7 vətəndaşı və iki şirkətinə qarşı sanksiyalar tətbiq edib. Bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında bildirilir. “Bu tədbirlər kütləvi qırğın silahının yayılmasına qarşı yönəlmiş hökumətin 13382 saylı sərəncamına uyğun olaraq görülüb”, - deyə sənəddə bildirilir.
15 Sentyabr 2017 12:22 DünyaABŞ İranın 7 vətəndaşı və iki şirkətinə qarşı sanksiyalar tətbiq edib. Bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında bildirilir. "Bu tədbirlər kütləvi qırğın silahının yayılmasına qarşı yönəlmiş hökumətin 13382 saylı sərəncamına uyğun olaraq görülüb", - deyə sənəddə bildirilir. Sanksiya siyahısına daxil edilən fiziki şəxslər və şirkətlər İranın ballistik proqramına maliyyə, texnoloji və digər dəstək göstərməkdə, habelə kibercinayətlərdə ittiham olunurlar. Publika.az "RİA Novosti"yə istinadən xəbər verir.