Cinayət işi istintaqa qaytarıldı, müstəntiq barədə xüsusi qərar çıxarıldı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda və narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan Xəqani İsayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Prosesə hakim Zeynal Ağayev sədrlik edib. Prosesdə cinayət işinin ibtidai istintaqı zamanı qanun pozuntularına yol verildiyi məlum olub. Buna görə məhkəmə işin ibtidai istintaqa qaytarılması barədə qərar qəbul edib.

Məhkəmə işi aparan müstəntiqin barəsində xüsusi qərardad çıxarıb.

Qeyd edək ki, ittihama əsasən, X.İsayev özgənin əmlakını gizli olaraq talamaqla oğurluq edib. O, Nəsimi rayonunda Qasım Gülməmmədovun evindən 500 manat pul, Lalə Gülməmmədovaya məxsus plastik kartı oğurlayıb. Saxlanılarkən üzərindən narkotuk maddə aşkarlanıb. Virtualaz.org

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31