138 – ci mövsümü “Kralın yeni libası” açacaq
Sentyabrın 20 – də Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında 138-ci mövsümün açılışı olacaq. Açılış Hans Xristian Andersenin “Kralın yeni libası” nağılı əsasında hazırlanmış nağıl-tamaşanın premyerası ilə baş tutacaq. "Olaylar" bildirir ki, tamaşanın bədii rəhbəri Mirbala Səlimli, quruluşçu rejissoru Arzu Əhmədova, quruluşçu rəssam Nicat Məmmədovdur. Rəqslərə Çingiz Novruzəliyev quruluş verib. Əsas rolları əməkdar artist İqrar Salamov, aktyorlardan Orxan Həmidli, Fidan Lətifova, Rəşid Mirizadə, Günay Novruzəliyeva, İlyas Əsədov, Qurban Rəsulov və başqaları canlandıracaq.
15 Sentyabr 2017 13:11 Teatr və kinoSentyabrın 20 - də Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında 138-ci mövsümün açılışı olacaq. Açılış Hans Xristian Andersenin "Kralın yeni libası" nağılı əsasında hazırlanmış nağıl-tamaşanın premyerası ilə baş tutacaq. "Olaylar" bildirir ki, tamaşanın bədii rəhbəri Mirbala Səlimli, quruluşçu rejissoru Arzu Əhmədova, quruluşçu rəssam Nicat Məmmədovdur. Rəqslərə Çingiz Novruzəliyev quruluş verib. Əsas rolları əməkdar artist İqrar Salamov, aktyorlardan Orxan Həmidli, Fidan Lətifova, Rəşid Mirizadə, Günay Novruzəliyeva, İlyas Əsədov, Qurban Rəsulov və başqaları canlandıracaq.
Qeyd edək ki, tamaşa Avropa İttifaqının dəstəyi ilə "Avropa İttifaqı Avtobus Turu-2017" layihəsi çərçivəsində keçirilən tədbirlər planına uyğun olaraq səhnəyə qoyulub. Tamaşanın ilk iki nümayişi uşaq evi və internat-məktəblərdə yerləşdirilmiş üşaqlar üçün nəzərdə tutulub.