Poroşenko özünü təriflədi: “Mən sülh prezidentiyəm”

Ukrayna prezidenti Pyotr Poroşenko özünü sülh prezidenti adlandırıb.  Poroşenko "Yalta Avropa strategiyası" adlı forumunda Ukraynanın sülh istədiyini bəyan edib. “Biz düşmənin üzərinə hücum etmək ideyasına nifrət edirik.

Ukrayna prezidenti Pyotr Poroşenko özünü sülh prezidenti adlandırıb.  Poroşenko "Yalta Avropa strategiyası" adlı forumunda Ukraynanın sülh istədiyini bəyan edib. "Biz düşmənin üzərinə hücum etmək ideyasına nifrət edirik. Biz bir daha bu faktı vurğulamaq istəyirik ki, əgər təcavüzkar Minsk razılaşmalarını pozsa və mənim orduma hücum etsə, çox böyük bədəl ödəyəcək. Bu, dəqiqdir. Lakin biz sülhün tərəfdarıyıq və mən sülh prezidentiyəm", - deyə Poroşenko vurğulayıb.  Poroşenko, eyni zamanda Ukraynanın ABŞ-dan yalnız müdafiə silahı almayacağına da ümid etdiyini bildirib.  AzVision.az "İnterfaks"-a istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31