Arvadını bıçaqladı, qonşusunu öldürdü
Qonşusu Ağarəhim Kərimovu qətlə, arvadı Xanıma bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən Astara rayonunun Ərçivan qəsəbəsində yaşayan şəxs tutulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, sentyabrın 14-də Astara rayonunun Ərçivan qəsəbəsində yaşayan Əfqan Rəhimov münaqişə zəminində bıçaqla arvadı Xanıma və səs-küyə gələn qonşusu Ağarəhim Kərimova xəsarət yetirib.
15 Sentyabr 2017 13:17 KriminalQonşusu Ağarəhim Kərimovu qətlə, arvadı Xanıma bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən Astara rayonunun Ərçivan qəsəbəsində yaşayan şəxs tutulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, sentyabrın 14-də Astara rayonunun Ərçivan qəsəbəsində yaşayan Əfqan Rəhimov münaqişə zəminində bıçaqla arvadı Xanıma və səs-küyə gələn qonşusu Ağarəhim Kərimova xəsarət yetirib. A.Kərimov hadisə yerində ölüb, Xanım isə xəstəxanaya yerləşdirilib. Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ə.Rəhimov tutulub