Qarabağ probleminin həllində artan diplomatik hərəkətlilik
Şimal qonşumuz yenə Dağlıq Qarabağ probleminin həllində diplomatik fəallığı artırmaq niyyətində görünür. Ancaq bu dəfə Moskvanın fəallığı rəsmi səviyyədən daha çox qeyri-rəsmi səviyyədə özünü göstərir. Hər halda son günlər şimaldan müxtəlif ekspert və analitiklər tərəfindən Qarabağ problemi ilə bağlı verilən açıqlamalar, eləcə də bu günlərdə Rusiyanın paytaxtında "Moskva-Bakı oxu - Qafqazın yeni geosiyasətinə doğru" mövzusunda keçirilən konfrans belə deməyə əsas verir. Məlumat üçün qeyd edək ki, konfransda Rusiya və Azərbaycandan olan deputatlar, o cümlədən qonşu ölkənin ekspertləri iştirak ediblər. Konfransın işinə qatılan Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov tədbir barədə fikirlərini bölüşərkən Rusiya paytaxtında keçirilən “Moskva-Bakı oxu: Qafqazın yeni geosiyasətinə doğru” mövzusunda konfransda hər iki ölkədə yaşayan icmaların rəhbərlərinin, siyasətçilərin və ekspertlərin iştirak etdiyini bildirib. O, bildirib ki, tədbirin təşkilatçıları – tanınmış ictimai-siyasi xadimlər Aleksandr Dugin və Aleksandr Proxanov bir müddət əvvəl Azərbaycanda olublar və konfrans da məhz onların təşəbbüsü ilə keçirilib: “Konfransda prezidentlər İlham Əliyevin və Vladimir Putinin Soçi görüşündən sonra münasibətlərimizin inkişafının yeni mərhələsindən bəhs olundu.
15 Sentyabr 2017 13:27 SiyasətVə ya Rusiyanın fəallığı nəyə hesablanıb?
Şimal qonşumuz yenə Dağlıq Qarabağ probleminin həllində diplomatik fəallığı artırmaq niyyətində görünür. Ancaq bu dəfə Moskvanın fəallığı rəsmi səviyyədən daha çox qeyri-rəsmi səviyyədə özünü göstərir. Hər halda son günlər şimaldan müxtəlif ekspert və analitiklər tərəfindən Qarabağ problemi ilə bağlı verilən açıqlamalar, eləcə də bu günlərdə Rusiyanın paytaxtında "Moskva-Bakı oxu - Qafqazın yeni geosiyasətinə doğru" mövzusunda keçirilən konfrans belə deməyə əsas verir. Məlumat üçün qeyd edək ki, konfransda Rusiya və Azərbaycandan olan deputatlar, o cümlədən qonşu ölkənin ekspertləri iştirak ediblər. Konfransın işinə qatılan Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov tədbir barədə fikirlərini bölüşərkən Rusiya paytaxtında keçirilən "Moskva-Bakı oxu: Qafqazın yeni geosiyasətinə doğru" mövzusunda konfransda hər iki ölkədə yaşayan icmaların rəhbərlərinin, siyasətçilərin və ekspertlərin iştirak etdiyini bildirib. O, bildirib ki, tədbirin təşkilatçıları - tanınmış ictimai-siyasi xadimlər Aleksandr Dugin və Aleksandr Proxanov bir müddət əvvəl Azərbaycanda olublar və konfrans da məhz onların təşəbbüsü ilə keçirilib: "Konfransda prezidentlər İlham Əliyevin və Vladimir Putinin Soçi görüşündən sonra münasibətlərimizin inkişafının yeni mərhələsindən bəhs olundu. Bir daha qeyd olundu ki, Azərbaycan və Rusiya strateji əməkdaşlığı yüksək səviyyədədir. Azərbaycanın Cənubi Qafqazda strateji vacib ölkə, Prezident İlham Əliyevin güclü lider olduğu vurğulandı". Əli Hüseynlinin sözlərinə görə, konfransda çıxış edənlər belə bir ümumi rəy söylədilər ki, regionda heç bir siyasi, iqtisadi, mədəni layihənin həyata keçirilməsi Azərbaycanın iştirakı olmadan mümkün deyil. Rusiya kimi böyük dövlət Azərbaycanın suverenliyinə hörmətlə yanaşaraq onun nüfuzundan bəhrələnir.
Nəzərə alsaq ki, konfransda Qarabağ problemi ilə bağlı da müzakirələr aparılıb, o zaman şimal qonşumuzun hazırkı situasiyada bu problemin həllinə nə dərəcədə maraqlı olub-olmadığını araşdırmaq zəruri olar.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, Rusiyanın indiki hakimiyyətinin yaxın müddətdə Dağlıq Qarabağ münaqişəsinin həllinə yanaşmasının dəyişəcəyini, Ermənistana təsir edib "mərhələli həll" planını İrəvana qəbul etdirəcəyini gözləmir. Politoloqun sözlərinə görə, buna baxmayaraq, Moskvada Rusiyanın tanınmış siyasətçilərinin və ekspertlərinin iştirak etdiyi konfransda işğala son qoyulması və Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması fikirlərinin tez-tez səsləndirilməsini müsbət qiymətləndirir: "Rusiyada siyasi və ekspert dairələrin Qarabağ mövzusunda rəyinin dəyişməsinə ən azı çalışmaq lazımdır".
Müstəqil ekspert Rövşən Məmmədli də deyib ki, Rusiyanın Qarabağ probleminin həllinə ciddi cəhdlə çalışdığı şübhə doğurur və belə bir proses müşahidə edilmir. Onun sözlərinə görə, hələ də Azərbaycanda Rusiyanın siyasətinin yüz rənginin olmasını, ancaq içərisində tək öz marağını güdməsini ya anlamaq istəmirlər, ya da özümüzü aldatmaq kimi yöndəmsiz xəstəliyimiz var: "B elə konfransların indiyə qədər yüzü keçirilib. Hətta bundan da kifayət qədər səviyyəli və geniştərkibli toplatılar olub. Qarabağla bağlı müxtəlif fikirlər səsləndirilib. Hətta Rusiyanı bizə strateji tərəf kimi də sırıyıblar. Hansının sonucu olub? Kiindi bizim xalqın marağını düşünən? Bu Rusiya oyunudur. Azərbaycanın başını qatmaq, işğalı uzatmq üçün". Rövşən Məmmədli müntəzəm olaraq Rusiya tərəfindən irəli sürülən mərhələli həll varinatını da qəbuledilməz sayıb. O, qeyd edib ki, bu məsələ Azərbaycan üçün çox zərərli olduğu üçün bitməlidir: "Ancaq hələ də siyasətşünaslar bu "xarab saqqızdan" əl çəkmirlər. Məsələ yalnız beynəlxalq hüquq normaları müstəvisində həll olunmalıdır. Bunu birdəfəlik hamı qət etməlidir ki, Madrid prinsipləri Azərbaycana qurulmuş tələdir. Biz beynəlxalq hüququ buraxıb Madrid prinsipləri ilə gedək, Dağlıq Qarabağa aralıq statusu verək, gen bol "dəhliz" açaq, bunlara da beynəlxalq təminat verək. Bundan sonra dünya imkan verər ki, biz Dağlıq Qarabağın adını çəkək?. Anlamaq lazımdır ki, Madrid prinsipləri tələdir..Millət Qarabağ məsələsini özü həll edəcək".
Füzuli