Gündəm
Azərbaycanda biznesmen arvadı ölməmək üçün falçıya 20 min verdi - Məhkəmə
İş adamı Barat Abdullayevin məhkəməyə verdiyi arvadı Təyminə Abdullayevaya qarşı dələduzluq edən şəxs hakim qarşısına çıxarılıb. Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Səkinə İsmayılovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib. Şahid Vəlican Rəcəbov ifadəsində deyib ki, Səkinə İsmayılovanı ekstrasens kimi tanıyıb. Səkinə İsmayılovanın Şəlalə adlı rəfiqəsini də tanıdığını deyən şahid bunları söyləyib: "Mən nişanlımla ayrılmışdım. Şəlalə ilə Səkinə məni aldadıb nişanlımla barışdıracağımı dedilər. Buna görə 1500 manat pul vermişəm".
Polis London metrosundakı partlayışın terror olduğunu elan etdi
Britaniya polisi səhər saatlarında Londonun "Parsons Green" metro stansiyasında baş verən partlayışını terror hadisəsi olduğunu elan edib. Bu barədə hüquq mühafizə orqanlarının rəsmi Tvitter səhifəsində məlumat verilib. Qeyd edək ki, vaqondakı vedrədə baş verən partlayış nəticəsində 20 nəfər xəsarət alıb.
Ermənilər Avropada necə "azərbaycanlı" olurlar?
"Gecə idi, yatmışdıq. Qəflətən çarpayımın yanında durmuş qadın polisin səsinə ayıldım. Bizə dedi ki, əşyalarımızı yığıb hava limanına yollanmaq üçün iki saatımız var. Ermənistana deportasiya edilirdik". Lüsine Gevorkyan belə deyir. 2014-cü ildə o, əri və iki uşağı ilə birlikdə İsveçdən deportasiya edilib. Gevorkyanlar ailəsi İsveçdə 6 il yaşasalar da, onlara qaçqın statusu və sığınacaq verilməyib. İsveçin Miqrasiya Agentliyi hələ ən azı 22 min qanunsuz miqrantın deportasiya ediləcəyini bəyan edib.
Azərbaycan və Böyük Böyük Britaniya xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan və Böyük Britaniya Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib. Siyasi məsləhətləşmələri Azərbaycan tərəfdən xarici işlər nazirinin müavini Xələf Xələfov, Böyük Britaniya tərəfdən isə Avropa və Amerika məsələləri üzrə Dövlət Naziri Alan Dunikan aparıb. XİN-dən “Olaylar”a verilən məlumata görə, nazir müavini X.Xələfov Böyük Britaniya nümayəndə heyətini səmimiyyətlə salamlayaraq Azərbaycan və Böyük Britaniya arasında siyasi dialoqun intensiv şəkildə inkişafının məmnunluq doğurduğunu və Azərbaycanın Böyük Britaniya ilə tərəfdaşlığa xüsusi əhəmiyyət verdiyini diqqətə çatdırdı.
Bakcell developerlər üçün “İnvestorlarla əlaqələrin İnkişaf etdirilməsi üzrə intensiv təlim” adlı treninq təşkil edib
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti “AppLab” proqramının iştirakçıları olan developerlər üçün ikinci treninqi keçirib.
Xələf Xələfov Yaponiya nümayəndəsi ilə Qarabağdan danışıb
Xarici işlər nazirinin müavini Xələf Xələfov Yaponiyanın xarici işlər nazirinin parlament məsələləri üzrə müavini Manabu Horii ilə görüşüb. XİN-dən “Olaylar”a verilən məlumata görə, görüşün əvvəlində tərəflər Azərbaycan Respublikası hökuməti və Yaponiya hökuməti arasında diplomatik pasportlara malik olan vətəndaşların viza tələblərindən azad olunması haqqında notalar mübadiləsi həyata keçiriblər. Həmçinin, adi pasport sahibləri üçün viza rəsmiləşdirilməsi prosedurasının sadələşdirilməsi niyyəti ifadə edilib. X.Xələfov iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin qeyd edildiyini məmnunluqla xatırlatdı və ikitərəfli əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğuladı.
Dünyanın ən yaşlı pişiyi öldü
Böyük Britaniyanın Nyukasl şəhərində dünyanın ən yaşlı hesab olunan pişiyi ölüb. Trend-in məlumatına görə, “Natmeq” adlı pişik 32 yaşında ölüb.
Qərb İslamı təhrif olunmuş formada təqdim edir
Hazırda dünyada cərəyan edən proseslər əsas etibarilə ona hesablanıb ki, İslam aləmi maksimum dərəcədə məhv edilsin, müsəlman ərəb dövlətlərində qarşıdurmalar, vətəndaş müharibələri baş versin. Bu məqsədlə Qərb, Avropa, supergüclər bütün mümkün vasitələrə əl atır, hər bir ərəb, müsəlman ölkəsində xaos, anarxiya yaratmaq planıları üzərində işləyir. Paralel olaraq isə yaratdıqları terror təşkilatlarını məhz ərəb, müsəlman ölkələrinə transfer edərək orada dəhşətli terraktların, yüzlərlə müsəlmanın ölümünə səbəb olurlar. İraq və Suriyada İŞİD, Yaxın Şərqin digər ölkələrində Hizbullah, eləcə də bu kimi müxtəlif adlar altında yaradılan və məqsədi guya İslama qarşı olan hücumları dəf etmək iddia edilən həmin təşkilatlar yalnız və yalnız bir məqəsədə, ərəb dünyasını məhv etməyə hesablanıb. Maraqlı tendensiya ondan ibarətdir ki, bəzi müsəlman ölkələrinin liderləri də Qərbin, Avropanın oyunun qurbanına, aktyorlarına çevriliblər.
Специальное предложение для студентов от Park Cinema
В связи с началом нового учебного года, сеть кинотеатров Park Cinema подготовила приятный сюрприз для студентов. Директор департамента по маркетингу Муса Ахундов отметил, что для студентов вступает в силу особая скидка на билеты в кино и меню. Всего лишь предъявив студенческий билет в кинотеатрах, расположенных на территории Park Bulvar, Metropark, Flame Towers, Загульба и Масаллы, вы сможете воспользоваться данной возможностью. “В рамках акции, проведенной до конца Сентября, студенты смогут воспользоваться скидками на билеты в кино, напитки и попкорн. Помимо этого, воспользовавшись кодами «GəncOl» и «Ulduzum», они смогут второй билет приобрести бесплатно. Сеть кинотеатров Park Cinema старается всегда поддержать молодежь и обеспечить для них самые доступные цены.
Azərbaycana qələbə sevinci bəxş edən Aprel qəhrəmanları
Azərbaycanın müstəqillik tarixinin ən əlamətdar və qüruru doğuran tarixlərindən biri də 2-5 aprel günləridir. 2016-ci ilin 2-5 aprel tarixi. Azərbaycanın hərbi gücünün, Azərbaycan Silahlı Qüvvələrinin düşmənə sarsıdıcı zərbəsinin tarixi.
Mikroavtobusla yük maşınını toqquşub- ölən və yaralanan var
Kürdəmir rayon ərazisində mikroavtobus yük maşınına çırpılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, sentyabrın 14-də saat 15.00 radələrində Kürdəmir rayonunun Xırdapay kəndi ərazisində Laçın rayon sakini Bünyad Əliyev idarə etdiyi “Mercedes” markalı mikroavtobusu qarşıda gedən Tərtər rayon sakini Mobil Abbasovun idarə etdiyi KamAZ markalı avtomobilin qoşqusuna vurub. Nəticədə B. Əliyevin sərnişini, Gəncə şəhər sakini Amaliya Mansurova hadisə yerində ölüb, özü və digər 8 sərnişini isə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Park Cinemadan tələbələrə xüsusi təklif
Park Cinema Kinoteatrlar şəbəkəsi yeni dərs ilinin başlanması münasibəti ilə tələbələrə xoş surpriz edib. Kinoteatrın Marketinq departamentinin direktoru Musa Axundov “Olaylar” – a bildirib ki, tələbələr üçün kino biletinə və menuya xüsusi endirimlər tətbiq qüvvəyə minir. Park Bulvar, Metropark, Alov qüllələri, Zagulba və Masallıda yerləşən kinoteatrlarda tələbə biletinin göstərən gənclər bu təklifdən faydalana biləcəklər. “Sentyabrın axırına qədər keçirilən aksiyada tələbələr kino biletinə, içki və popkorna xüsusi endirim əldə edəcəklər. Bundan əlavə, onlar GəncOl və Ulduzum kodları ilə hər ikinci bileti pulsuz əldə edəcəklər. Park Cinema kinoteatrlar şəbəkəsi daim gənclərin yanında olmağa çalışır və onlara ən uyğun və sərfəli bilet qiymətləri təklif edir.
Mənzildən oğurluq edən qadın saxlanıb
Xaçmaz rayonunda mənzildən oğurluq edən qadın tutulub. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Xaçmaz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 3-də rayon ərazisindəki evlərdən birindən 1000 ABŞ dolları və 7500 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən şəhər sakini Əfsanə Alışova tutulub.
Oqtay Əsədov AŞ PA Monitorinq Komitəsinin həmməruzəçiləri ilə görüşüb
Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA-nın) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennakı və Sezar Florin Predanı qəbul edib. MM-dən “Olaylar”a verilən məlumata görə, sədr qeyd edib ki, Monitorinq Komitəsinin həmməruzəçiləri tərəfindən ölkəmiz üzrə hazırlanmış “Azərbaycanda demokratik təsisatların fəaliyyəti” adlı məruzənin mətni ilə tanışdır.
Deputatımız ATƏT-ln tədbirinə qatılacaq
Milli Məclisin deputatı Rövşən Rzayev Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) İnsan ölçüsü üzrə növbəti illik görüşü çərçivəsində qaçqınların və məcburi köçkünlərin məsələlərinə həsr olunan işçi sessiyasında iştirak etmək üçün sentyabrın 17-dən Polşanın paytaxtı Varşavada səfərdə olacaq. Milli Məclisdən “Olaylar2a verilən məlumata görə, millət vəkili Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı, bunun nəticəsində öz yurdundan didərgin düşmüş azərbaycanlı qaçqın və məcburi köçkünlərin vəziyyəti ilə bağlı həqiqətləri toplantı iştirakçılarının diqqətinə çatdıracaq. Səfər sentyabrın 19-da başa çatacaq.













