Azərbaycan və Böyük Böyük Britaniya xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib

Azərbaycan və Böyük Britaniya Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib. Siyasi məsləhətləşmələri Azərbaycan tərəfdən xarici işlər nazirinin müavini Xələf Xələfov, Böyük Britaniya tərəfdən isə Avropa və Amerika məsələləri üzrə Dövlət Naziri Alan Dunikan aparıb. XİN-dən “Olaylar”a verilən məlumata görə, nazir müavini X.Xələfov Böyük Britaniya nümayəndə heyətini səmimiyyətlə salamlayaraq Azərbaycan və Böyük Britaniya arasında siyasi dialoqun intensiv şəkildə inkişafının məmnunluq doğurduğunu və Azərbaycanın Böyük Britaniya ilə tərəfdaşlığa xüsusi əhəmiyyət verdiyini diqqətə çatdırdı.

Azərbaycan və Böyük Britaniya Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib. Siyasi məsləhətləşmələri Azərbaycan tərəfdən xarici işlər nazirinin müavini Xələf Xələfov, Böyük Britaniya tərəfdən isə Avropa və Amerika məsələləri üzrə Dövlət Naziri Alan Dunikan aparıb. XİN-dən "Olaylar"a verilən məlumata görə, nazir müavini X.Xələfov Böyük Britaniya nümayəndə heyətini səmimiyyətlə salamlayaraq Azərbaycan və Böyük Britaniya arasında siyasi dialoqun intensiv şəkildə inkişafının məmnunluq doğurduğunu və Azərbaycanın Böyük Britaniya ilə tərəfdaşlığa xüsusi əhəmiyyət verdiyini diqqətə çatdırdı. 11 fevral 2016-cı ildə Londonda Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın ilk iclası keçirildiyini qeyd edən nazir müavini müxtəlif dövlət qurumlarının təmsil olunduğu komissiyanın əlaqələrimizin hərtərəfli inkişafı üçün mühüm rol oynadığını dedi. Azərbaycan və regionun təhlükəsizliyi üçün ciddi təhdid olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın Azərbaycana qarşı davam edən işğalına toxunan X.Xələfov təəssüflə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə münaqişənin həlli istiqamətində aparılan danışıqların hər hansı nəticə vermədiyini diqqətə çatdırdı. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin BMT Təhlükəsizlik Şurasının mandatı əsasında fəaliyyət göstərdiyi və BMT TŞ-nın münaqişə ilə əlaqədar qətnamələrinin kağız üzərində qaldığını, güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdlərinin qəbuledilməz olduğunu deyən nazir müavini Ermənistanın müxtəlif təxribatlarla danışıqları daim pozduğunu və münaqişənin aktiv fazada qalmaqda davam etdiyini bildirdi. O əlavə etdi ki, Azərbaycan heç zaman öz ərazilərini işğalı ilə barışmayacaq və haqlı olaraq Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin azad olunmasını tələb edir.

Böyük Britaniyanın Dövlət Naziri Alan Dunikan bu fikrə şərik çıxaraq ölkəsinin Azərbaycan ilə strateji dialoqa mühüm önəm verdiyini, "Azəri", "Çıraq", "Günəşli" yataqlarının 2050-ci ilə qədər işlənməsini nəzərdə tutan yeni sazişin ölkələrimiz arasındakı əlaqələrin möhkəmliyinin, qarşılıqlı etimadın və peşəkar investisiya layihələrinin uğurlu təzahürü olduğunu vurğuladı. O, iki ölkənin siyasi və iqtisadi əlaqələrinin bir-birini tamamladığını deyərək bu layihələrin xalqlarımızın rifahına xidmət etdiyini söylədi. Britaniyalı dövlət naziri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, ölkəsinin beynəlxalq münasibətlərdə hüququn aliliyi prinsipini dəstəklədiyini, bir dövlətin digər dövlətin ərazisinə müdaxiləsi, ərazilərin güc yolu ilə ilhaqının qəbuledilməz hesab etdiyini vurğuladı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31