Qərb İslamı təhrif olunmuş formada təqdim edir
Hazırda dünyada cərəyan edən proseslər əsas etibarilə ona hesablanıb ki, İslam aləmi maksimum dərəcədə məhv edilsin, müsəlman ərəb dövlətlərində qarşıdurmalar, vətəndaş müharibələri baş versin. Bu məqsədlə Qərb, Avropa, supergüclər bütün mümkün vasitələrə əl atır, hər bir ərəb, müsəlman ölkəsində xaos, anarxiya yaratmaq planıları üzərində işləyir. Paralel olaraq isə yaratdıqları terror təşkilatlarını məhz ərəb, müsəlman ölkələrinə transfer edərək orada dəhşətli terraktların, yüzlərlə müsəlmanın ölümünə səbəb olurlar. İraq və Suriyada İŞİD, Yaxın Şərqin digər ölkələrində Hizbullah, eləcə də bu kimi müxtəlif adlar altında yaradılan və məqsədi guya İslama qarşı olan hücumları dəf etmək iddia edilən həmin təşkilatlar yalnız və yalnız bir məqəsədə, ərəb dünyasını məhv etməyə hesablanıb. Maraqlı tendensiya ondan ibarətdir ki, bəzi müsəlman ölkələrinin liderləri də Qərbin, Avropanın oyunun qurbanına, aktyorlarına çevriliblər.
15 Sentyabr 2017 13:55 SosialHazırda dünyada cərəyan edən proseslər əsas etibarilə ona hesablanıb ki, İslam aləmi maksimum dərəcədə məhv edilsin, müsəlman ərəb dövlətlərində qarşıdurmalar, vətəndaş müharibələri baş versin. Bu məqsədlə Qərb, Avropa, supergüclər bütün mümkün vasitələrə əl atır, hər bir ərəb, müsəlman ölkəsində xaos, anarxiya yaratmaq planıları üzərində işləyir. Paralel olaraq isə yaratdıqları terror təşkilatlarını məhz ərəb, müsəlman ölkələrinə transfer edərək orada dəhşətli terraktların, yüzlərlə müsəlmanın ölümünə səbəb olurlar. İraq və Suriyada İŞİD, Yaxın Şərqin digər ölkələrində Hizbullah, eləcə də bu kimi müxtəlif adlar altında yaradılan və məqsədi guya İslama qarşı olan hücumları dəf etmək iddia edilən həmin təşkilatlar yalnız və yalnız bir məqəsədə, ərəb dünyasını məhv etməyə hesablanıb. Maraqlı tendensiya ondan ibarətdir ki, bəzi müsəlman ölkələrinin liderləri də Qərbin, Avropanın oyunun qurbanına, aktyorlarına çevriliblər.
Bu gün açıq-aşkar Yaxın Şərq, müsəlman dünyası barıt çəlləyini xatırladır. Suriyada, İraqda Qərbin silahları ilə qətlə yetirilən on minlərlə insan məhz Qərbin məkrli, İslamı məhv etmək planının tərkib hissəsidir.
Bir tərəfdən yaratdıqları terror təşkilatları ilə İslam dünyasını istədikləri məcraya yönəldən Qərb, Avropa, digər tərəfdən ölkələrindəki fəlakətlərdən canını qurtarmaq üçün ona üz tutmuş müsəlmanları hədəf seçir, onları aşağılayır. Məhz bu qoca qitənin və Qərbin hegemonluq siyasətinin və İslama qarşı düşmən münasibətinin nəticəsidir ki, bu gün qeyd etdiyimiz regionlarda islamafobiya hökm sürür, müsəlman təqib və təzyiqlərə məruz qalırlar. Bəşəriyyət isə tamamilə yalnış informasiyalar, məlumatlarla bilgiləndirilir ki, guya İslam terroru, insan ölümünü təqdir edir. Elə ilahiyyatçı Hacı Ceyhun Şükürov da məhz belə düşünür ki, Qərb İslamı, onun daşıyıcılarını dünyaya təhrif edilmiş şəkildə təqdim edir: "Son zamanlar bütün İslam aləmində baş verən hadisələr haqqında məlumatlar əslinə uyğun olmayan, mahiyyətindən yayındırılmış, məqsədyönlü şəkildə, yalnış formada dünya ictimaiyyətinin diqqətinə çatdırılır. Təbii ki, bu kimi neqativ halların qarşısını almaq məqsədilə hər hansı bir ciddi tədbirlər həyata keçirilmir. Dünyanın nəhəng media qurumları istədikləri xəbərləri istədikləri formada təqdim edirlər. Amma nədənsə bəzən ya istəyərək, ya da istəməyərək bu xəbərlərin içərisində doğruya yaxın olan, az da olsa həqiqətə uyğun xəbərlər də yayımlayırlar. Son illərdə Myanmada, Arakanda törədilən soyqırıma dünya ictimaiyyəti səssiz qalıb. Bəs, hanı insan hüquqları üçün müsəlman ölkələrinə olmazın şər- böhtan atanlar? Hanı demokratiya və insan hüquqları institutları, hanı bunların beşiyi? Hanı BMT? Bizim sizin yalanlarınıza, sizin dünya ictimaiyyətinin başına hördüyünüz torlara, sizin min fırıldaqlarınıza qarnımız toxdur". Ceyhun Şükürov deyib ki, əsrlərdir İslamı və müsəlmanlığı yox etmək üçün hər cür cinayət işlədilib, tədbirlər görülüb, minbir hoqqabazlıqlar həyata keçirilib: "Hər cür hiyləyə, yalana, böhtana əl atdınız. Ağla gəlməyəcək gizli fəaliyyətlərdə oldunuz. Öz adamlarınızı, öz cəsuslarınızı bütün hər yerdə müsəlmanlara və İslama zərər vermək üçün illərlə çalışdınız. Sizi təbrik edirəm, istədiyinizi əldə etdiniz. İlk öncə müsəlmanları parçalamaqla, dində ixtilafı dərinləşdirib onları bir-birinə düşmən etdiniz. Onları elmdən uzaqlaşdırdınız, onlara dünyanı sevdirdiniz, ölümü unutdurdunuz. Təbruk edirəm. Qurandan uzaqlaşdırdınız müsəlmanları. Dinlərini bilməz hala saldınız. İçki və zina ilə heysiyyatını əlindən aldınız. Kişilərini dəyus edib, qadınlarını fahişələrə çevirdiniz. Bir sözlə dinlərini alıb dünyanı onlara verdiniz. Bacardınız. Onları Allahdan ayırdınız. Onların mənliyini, qeyrətini, kişiliyini əlindın aldınız. Elə etdiniz ki, "Məndən ötdü qardaşıma dəydi elə bil saman çuvalına dəydi" deyər hala gəldik. Və bizdən əvvəlkiləri təqib edərək onların girdikləri deşiyə qədər girdik". İlhaiyyatçı qeyd edib ki, bütün qeyri-müslimlər leş ətin üstünə şığıyan quzğunlar kimi üstümüzə cumurlar: "Amma biz çox olsaq da, selin gətirdiyi "çör-çöp" kimi də deyilik. Çünki biz Allahımızdan uzağıq, çünki biz Peyğəmbərimizdən uzağıq , dinimizdən uzağıq. Müsəlmanıq, namaz qılmırıq, müsəlmanıq, oruc tutmuruq. Allahın bizdən istədiklərini heç vaxt etmədik. Qadağanından çəkinmədik. Yeri düşdükdə Allahı aldatmağa çalışdıq. Allah bizi niyə qorusun ki? Biz ki, onun dinini qorumuruq. O bizi niyə qorusun?"
Məhəmməd