Gündəm
Milliliyimizi qoruyaq
Sentyabrın 21 – də Yeni Azərbaycan Partiyasının Yasamal Rayon təşkilatı, T.C. Bakü Büyükelçiliği Kültür ve Tanıtma Müşavirliği, Mədəniyyət və Turizm Baş İdarəsi, Rəssamlar İttifaqı və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə İslam Həmrəyliyi ilində Beynəlxalq Sülh Gününə həsr olunmuş “Milliliyimizi qoruyaq” adlı sərgi təşkil olunacaq. “Olaylar” bildirir ki, tədbirə təsviri və tədbiqi sənətin bütün nominasiyaları üzrə 350-dən çox rəssamın 200-ə qədər rəsm əsəri qatılıb. Tədbirdə müxtəlif yaş qruplarında rəssamlar və dekorativ sənət ustaları iştirak edir. İştirakçılar sertifikat və diplomla təltif olunacaqlar.
Beynəlxalq humanitar hüquq mövzusunda kurs keçirilib
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiuyi xəbərə görə, Müdafiə Nazirliyi ilə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyi arasında 2017-ci il üçün əməkdaşlıq fəaliyyəti çərçivəsində müxtəlif kateqoriyadan olan zabit heyəti üçün beynəlxalq humanitar hüquq mövzusunda təlim kursu keçirilib. Kursun məqsədi iştirakçıları müharibə gedən ölkələrdə müvafiq qanunvericilik və normalarla tanış etmək, eyni zamanda hərbi əməliyyatlar zamanı davranış, mülki əhalinin təhlükəsizliyi, yaralı və xəstələrin beynəlxalq hüquq normaları çərçivəsində qorunması, hərbi münaqişədən zərər çəkmiş dinc sakinlərə dəstək vermək və onların qarşılaşdığı mövcud problemlərin həlli barədə fikir mübadiləsinin aparılmasından ibarət olub. Bağlanış mərasimində çıxış edənlər kursun əhəmiyyətini və mənimsənilən biliklərin praktiki tətbiqinin vacibliyini vurğulayıblar.
"Qarabağ"ı qrupda Kollina saxlayıb? - ŞOK İDDİA
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçirilən Ukrayna - Türkiyə (2:0) matçı ətrafındakı söz-söhbətlər səngimək bilmir. Tanınmış idman yazarı Meriç Müldür həmin qarşılaşmadakı hakim səhvlərinin təsadüf olmadığını yazıb. O, ukraynalıların vurduğu hər iki qoldakı kobud hakim səhvlərini FİFA Hakimlər Komitəsinin sədri və UEFA-da hakimlərin təyinatına məsul şəxs olan Pyerluici Kollina ilə əlaqələndirib. Müldür Ukrayna klublarının artıq neçə ildi hakimlərin sayəsində uğur qazandıqlarını vurğulayıb.
"Ulduzlarla çimərlik voleybolu" keçiriləcək
Azərbaycan Voleybol Federasiyası, Su İdmanı Sarayı və Mədəniyyət kanalının birgə layihəsi olan "Ulduzlarla çimərlik voleybolu" 19 sentyabr saat 19:00- da Su İdmanı Sarayında keçiriləcək. Layihəyə Xəyyam Mustafazadə, Zamiq Hüseynov, Fuad Musayev, Azad Şabanov, Sərxan Bünyadzadə, Mirələm Mirələmov ulduz oyunçu kimi qatılacaqlar. Azərbaycan estradasının tanınmış müğənniləri Manana Caparidze, Samira Allahverdi, Sevda Yəhyayeva və digərləri tədbirdə konsert proqramı ilə iştirak edəcək. Bu il 2 yaşını qeyd edən Su İdmanı Sarayı ən müasir texnologiya və standartlara uyğun olaraq inşa edilmiş, qısa müddət ərzində respublikada idmanın inkişafına böyük təkan vermişdir. 2500 m2 ümumi əraziyə malik kompleksdə müxtəlif idman növləri ilə məşğul olmaq imkanı yaradılmışdır. Bu imkandan həm peşəkar idmançılar, həm həvəskarlar, həm də uşaqlar yararlana bilər.
Mehriban Əliyeva Yaponiyanın xarici işlər nazirinin parlamentari müavini ilə görüşdü
Sentyabrın 15-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Yaponiyanın xarici işlər nazirinin parlamentari müavini Manabu Hori ilə görüşüb. Birinci vitse-prezident Mehriban Əliyeva Yaponiyanın xarici işlər nazirinin parlamentari müavini Manabu Horinin rəhbərlik etdiyi nümayəndə heyətini salamlayaraq, onların sentyabrın 14-də Bakıda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının işlənilməsi üzrə yeni Sazişin imzalanmasında iştirakını məmnunluqla qeyd etdi. Bu il Azərbaycanla Yaponiya arasında diplomatik əlaqələrin 25 illiyinin qeyd olunduğunu deyən Mehriban Əliyeva iki ölkə arasında inkişaf edən münasibətlərin dostluğa, qarşılıqlı maraqlara əsaslandığını və bir çox sahələri əhatə etdiyini bildirdi. Diqqətə çatdırdı ki, bu illər ərzində neft sahəsində əməkdaşlıq üzrə yaxşı təcrübə toplanıb və qeyri-neft sektorunda da əməkdaşlıq üçün böyük potensial var.
Mərkəzi Bank Prezidentə illik hesabat verəcək
“Mərkəzi Bank haqqında” qanuna dəyişiklik edilir. “Olaylar”ın məlumatına görə, dəyişikliyə əsasən, Mərkəzi Bankın İdarə Heyətinin sədri tərəfindən ildə iki dəfə Mərkəzi Bankın əsas məqsəd və funksiyalarının həyata keçirilməsi barədə hesabatın, habelə audit rəyi ilə təsdiq edilmiş “Mühasibat uçotu haqqında” Qanunun 12-1-ci maddəsinə uyğun olaraq illik maliyyə hesabatının və hesabat əməliyyat büdcəsi barədə hesabat Azərbaycan Prezidentinə təqdim edilməlidir. Həmçinin, qanunun 57-ci maddəsinə (Maliyyə hesabatı) ediləcək digər dəyişikliklərə əsasən isə Mərkəzi Bankın maliyyə hesabatı Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun tərtib edilməlidir.
DİM hazırlıq kursları açır
Dövlət İmtahan Mərkəzi (DİM) 18 oktyabr 2017-ci il tarixindən yeni təhsil proqramları (kurikulumlar) əsasında Azərbaycan dili, rus dili, riyaziyyat, kimya, fizika, biologiya və coğrafiya fənlərindən buraxılış və qəbul imtahanlarında istifadəsi planlaşdırılan qiymətləndirmə vasitələrinin hazırlanmasıvəonların meyarlar üzrə yoxlanılmasına dair Bakıda, eləcə də Mərkəzin Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Xaçmaz, Bərdə, Göyçay və Şirvan Regional Bölmələrində hazırlıq kursları təşkil edir. DİM-dən verilən məlumata görə, hazırlıq kurslarında fənn kurikulumlarına dair məlumatı olan müəllimlər, metodistlər və ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fakültələrinin axırıncı kurs tələbələri və həmin müəssisələrdə təhsil alan magistrlar də iştirak edə bilərlər. Regional Bölmələr üzrə hazırlıq kurslarının müddəti və cədvəli qruplar komplektləşdikdən sonra (1 qrupda 10 nəfər) elan ediləcək. Hazırlıq kurslarında iştirak ödənişlidir və iştirak haqqının məbləği 100 (yüz) manatdır. Kurslarda iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır.
Nəsimi rayonunda “Bilik günü” keçirilib
Hər bir məktəblinin və müəllimin səbirsizliklə gözlədiyi 15 sentyabr - “Bilik günü” Nəsimi rayonunun bütün orta təhsil müəssisələrində böyük təntənə ilə qeyd olunmuşdur. “Bilik günü”nə həsr olunan tədbirlərdə iştirak edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov məktəblərin kollektivlərini, şagirdləri və onların valideynlərini yeni dərs ilinin başlanması münasibəti ilə təbrik etmiş, onlara təhsildə uğurlar arzulamışdır. Qeyd etmişdir ki, son illərdə qazanılan bütün uğurlar ölkə başçısı cənab İlham Əliyevin təhsilin inkişafı ilə əlaqədar imzaladığı proqramlar çərçivəsində həyata keçirilən islahatlar, Azərbaycan Respublikasnın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təhsil obyektlərinin yeniləşməsi sahəsində gördüyü işlərin və dövlətimizin bu sahəyə xüsusi qayğısının nəticəsi kimi dəyərləndirilməlidir. Ümummilli Liderin təhsil sahəsindəki siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə təhsilə olan diqqət və qayğı göz qabağındadır.
Nazirliyə edilən müraciətlərin sayı artıb
2017-ci ilin avqust ayı ərzində Vergilər Nazirliyinin Çağrı Mərkəzinə 22213 zəng, o cümlədən canlı rejimdə təmsilçi ilə əlaqə yaratmaq üçün 16562 zəng daxil olmuşdur. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə daxil olmuş zənglər 7,2 faiz və ya 1492 ədəd, canlı rejimdə təmsilçi ilə əlaqə yaratmaq üçün daxil olmuş zənglər isə 11,8 faiz və ya 1761 ədəd artmışdır. 2017-ci ildə ümumilikdə daxil olan zənglər, o cümlədən canlı rejimdə təmsilçi ilə əlaqə yaratmaq üçün daxil olmuş ənglər 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq 39,5% və 50,7% artaraq 312 666 və 235 670 olmuşdur. Nəticədə 1 iş günü ərzində canlı rejimdə təmsilçi ilə əlaqə yaratmaq üçün daxil olmuş zənglərin sayı orta hesabla 1492 ədəd olmuşdur. Hesabat ayında canlı rejimdə daxil olmuş zənglər üzrə 17164 sual xarakterli müraciət birbaşa cavablandırılmış, 441 müraciət vərəqəsi tərtib edilmişdir.
İqtisadiyyat naziri Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfiri ilə görüşüb
İqtisadiyyat naziri Şahin Mustafayev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mohamed Hamel Alqubaisi ilə görüşüb. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, nazir Şahin Mustafayev bildirib ki, Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında yüksək səviyyəli siyasi münasibətlər və qarşılıqlı səfərlər iki ölkə arasında iqtisadi əməkdaşlığın uğurlu inkişafına əlverişli zəmin yaradır. Qeyd olunub ki, ölkəmiz BƏƏ ilə iqtisadi əməkdaşlığın genişlənməsinə önəm verir. Artıq BƏƏ-də Azərbaycanın ticarət nümayəndəsi təyin olunub. Azərbaycan məhsullarının BƏƏ-də təbliği məqsədilə bu ölkəyə iş adamlarından ibarət ixrac missiyası göndərilib, Dubayda keçirilən “Gulfood 2017” Beynəlxalq Ərzaq Sərgisində vahid ölkə stendində nümayiş olunan Azərbaycan məhsullarına iş adamları tərəfindən böyük maraq göstərilib və yerli məhsullarımızın xarici bazarlara çıxarılmasına başlanılıb.
Elmar Məmmədyarov Laos prezidenti ilə görüşüb
Xarici işlər naziri Elmar Məmmədyarov Laos Xalq Demokratik Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Bounyanq Volaçit ilə görüşüb. XİN-dən “Olaylar”a verilən məlumata görə, E.Məmmədyarov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Laosun dövlət başçısına çatdırıb. Laos Prezidenti B.Volaçit Azərbaycan Prezidentinin səmimi salamlarına görə təşəkkür edib, onun da salamlarının və ən xoş arzularının Prezident İlham Əliyevə çatdırılmasını xahiş edib. Prezident B.Volaçit iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi üçün xarici işlər nazirləri səviyyəsində qarşılıqlı rəsmi səfərlərin mühüm əhəmiyyətə malik olduğunu bildirib. Azərbaycan və Laos arasında ənənəvi dostluğa toxunan B.Volaçit çoxsaylı Laos tələbələrin müxtəlif sahələr üzrə Azərbaycanda ali təhsil aldıqlarını qeyd edərək, laoslu mütəxəssislərin yetişdirilməsində göstərdiyi dəstəyə görə Azərbaycan hökumətinə təşəkkür edib və bu əsnada qurulmuş əlaqələrin davam etdirilməsinin vacibliyini qeyd edib.
Azərbaycan vətəndaşı öz fikir və düşüncəsini sərbəst ifadə etməklə cəmiyyətin tərəqqisinə töhfə verir
Seymur Süleymanov: “Ölkədə söz,fikir və məlumat azadlığının qarantı Cənab İlham Əliyevdir” Tərəfdar.az saytının baş redaktoru Seymur Süleymanovun ölkədə söz, fiki və ifadə azadlığı, plüralizmin təmin edilməsi istiqamətində görülən işlər, atılan addımlarla bağlı “OLAYLAR”-a müsahibəsi -Seymur bəy, bu gün Azərbaycan mediası, kütləvi indormasiya vasitələrinin durumunu necə dəyərləndirirsiniz? -Azərbaycan Mətbuat tarixinin çox zəngin səhifələri var. Çoxumuz qəzet və ya çap dövrünün geridə qaldığını, hal-hazırda internet mediasının inkşaf etdiyini vurğulayırıq. Təəsüflər olsun ki, bu belə deyil. İnternet resurslarının artması, sosial şəbəkələrdə olan aktivlik və s. bunların hamısı Azərbaycanda media azadlığının genişşaxəli olmasından qaynaqlanır. Ölkədə məlumat azadlığını ifadə edəcək müstəqil mətbuatın inkişafı yüksək səviyyəyə çatıb. Digər bir tərəfdən isə, ölkədə xəbər saytlarının artması o demək deyil ki, çap mediası cəmiyyətdə öz nüfuz dairəsini itirib. Çap mediasının inkşafı çox mühim məsələlərdən biridir. Düzdür, qəzet oxuyanların sayı ötən illərə baxdıqda xeyli azalma müşahidə olunur. Ancaq çap mediası ölkəmizdə inkşaf etməkdədir. Məlumdur ki, dövlət başçımız tərəfindən hər il çap medinın inkşafı üçün vəsaitlər ayrılmaqdadır. Bu vəsaitlər medianın təkminləşməsinə böyük köməklik göstərir.
Prezident və xanımı 20 nömrəli məktəb-liseyin açılışında
Sentyabrın 15-də - Bilik günündə Bakının Yasamal rayonundakı Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin yeni inşa edilmiş binasının açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Təhsil naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevə görülən işlər barədə ətraflı məlumat verdi. Qeyd edildi ki, 20 nömrəli məktəb-liseyin əsası 1958-ci ildə qoyulub. 1988-ci ildə məktəbin daha 4 korpusu tikilib istifadəyə verilib. 2007-ci ildə isə Prezident İlham Əliyevin Sərəncamı ilə məktəbin binası əsaslı şəkildə təmir edilib. Elə həmin il sentyabrın 15-də - Bilik günündə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva məktəbdə aparılan yenidənqurma işləri ilə tanış olublar. Sonradan ərazidə əhalinin çoxalması ilə əlaqədar məktəbə gələn şagirdlərin sayında da böyük artım olub. Bu da təbii ki, təhsilin keyfiyyətinə təsirsiz ötüşməyib və məktəb üçün yeni binanın tikintisi zərurətə çevrilib. Bunu nəzərə alan Prezident İlham Əliyev müvafiq göstəriş verib və bu təhsil ocağı üçün əvvəlkindən daha böyük, ən müasir və dünya standartlarına uyğun yeni bina inşa edilib. Ölkəmizin ən böyük təhsil müəssisəsi olan 20 nömrəli məktəb-liseyin binası indi paytaxtın müasir və memarlıq baxımından zövq oxşayan ən yaraşıqlı binalarından biridir.
51 yaşlı müğənni YENİDƏN “SEVƏCƏYƏM” DEDİ
Bu gün Xalq artisti Brilliant Dadşaovanın doğum günüdür. Doğum gününü özünəməxsus şəkildə qeyd edən sənətçi ərməğan almaq əvəzinə, sevənlərinə özü hədiyyə verib. Belə ki, o, 90-cı illərin hit mahnısı olan “Sevəcəyim”in remeyk versiyasını yutub video portalında təqdim edib. Yeni aranjimanda olan mahnının sözləri Əli Hacızadəyə, musiqisi isə Cavanşir Quliyevə aiddir.
Nənə və baba nəvəsini rayona rəsmi icazəsiz apara bilməz - Azərbaycanda YENİ QAYDA
Azərbaycan Dəmir Yolları QSC azyaşlı uşaqların daşınması ilə bağlı yeni qaydaların tətbiqinə başlayıb. Artıq valideynlərin razılığını təsdiq edən rəsmi sənəd olmadan azyaşlı uşaqların qatarla bölgələrə aparılmasına icazə verilmir. Bunlara valideynlərin ən yaxın qohumları, uşaqların nənə və babaları da daxildir. Nəvələrini özləri ilə rayona aparmaq istəyən nənə-babalar, yaxud digər qohumlar qatara bilet almaq istəyərkən, onlardan valideynlərin icazə kağızı tələb olunur, olmadıqda isə bilet satılmır.







_(2).jpg)






