51 yaşlı müğənni YENİDƏN “SEVƏCƏYƏM” DEDİ
Bu gün Xalq artisti Brilliant Dadşaovanın doğum günüdür. Doğum gününü özünəməxsus şəkildə qeyd edən sənətçi ərməğan almaq əvəzinə, sevənlərinə özü hədiyyə verib. Belə ki, o, 90-cı illərin hit mahnısı olan “Sevəcəyim”in remeyk versiyasını yutub video portalında təqdim edib. Yeni aranjimanda olan mahnının sözləri Əli Hacızadəyə, musiqisi isə Cavanşir Quliyevə aiddir.
15 Sentyabr 2017 14:29 MədəniyyətBu gün Xalq artisti Brilliant Dadşaovanın doğum günüdür. Doğum gününü özünəməxsus şəkildə qeyd edən sənətçi ərməğan almaq əvəzinə, sevənlərinə özü hədiyyə verib.
Belə ki, o, 90-cı illərin hit mahnısı olan "Sevəcəyim"in remeyk versiyasını yutub video portalında təqdim edib. Yeni aranjimanda olan mahnının sözləri Əli Hacızadəyə, musiqisi isə Cavanşir Quliyevə aiddir.
Xatırladaq ki, xalq artisti bu gün 51 yaşını qeyd edir. Publika.az