Nəsimi rayonunda “Bilik günü” keçirilib
Hər bir məktəblinin və müəllimin səbirsizliklə gözlədiyi 15 sentyabr - “Bilik günü” Nəsimi rayonunun bütün orta təhsil müəssisələrində böyük təntənə ilə qeyd olunmuşdur. “Bilik günü”nə həsr olunan tədbirlərdə iştirak edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov məktəblərin kollektivlərini, şagirdləri və onların valideynlərini yeni dərs ilinin başlanması münasibəti ilə təbrik etmiş, onlara təhsildə uğurlar arzulamışdır. Qeyd etmişdir ki, son illərdə qazanılan bütün uğurlar ölkə başçısı cənab İlham Əliyevin təhsilin inkişafı ilə əlaqədar imzaladığı proqramlar çərçivəsində həyata keçirilən islahatlar, Azərbaycan Respublikasnın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təhsil obyektlərinin yeniləşməsi sahəsində gördüyü işlərin və dövlətimizin bu sahəyə xüsusi qayğısının nəticəsi kimi dəyərləndirilməlidir. Ümummilli Liderin təhsil sahəsindəki siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə təhsilə olan diqqət və qayğı göz qabağındadır.
15 Sentyabr 2017 14:58 SosialHər bir məktəblinin və müəllimin səbirsizliklə gözlədiyi 15 sentyabr - "Bilik günü" Nəsimi rayonunun bütün orta təhsil müəssisələrində böyük təntənə ilə qeyd olunmuşdur. "Bilik günü"nə həsr olunan tədbirlərdə iştirak edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov məktəblərin kollektivlərini, şagirdləri və onların valideynlərini yeni dərs ilinin başlanması münasibəti ilə təbrik etmiş, onlara təhsildə uğurlar arzulamışdır. Qeyd etmişdir ki, son illərdə qazanılan bütün uğurlar ölkə başçısı cənab İlham Əliyevin təhsilin inkişafı ilə əlaqədar imzaladığı proqramlar çərçivəsində həyata keçirilən islahatlar, Azərbaycan Respublikasnın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təhsil obyektlərinin yeniləşməsi sahəsində gördüyü işlərin və dövlətimizin bu sahəyə xüsusi qayğısının nəticəsi kimi dəyərləndirilməlidir. Ümummilli Liderin təhsil sahəsindəki siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə təhsilə olan diqqət və qayğı göz qabağındadır. Mütəmadi olaraq təhsil işçilərinin əmək haqlarının artırılması, hər il xeyli təhsil işçisinə əməkdar müəllim adı, Prezident təqaüdü və bir sıra dövlət təltiflərinin verilməsi buna əyani sübütdür. Son illərdə ölkədə yeni məktəb binalarının tikintisi və köhnələrinin əsaslı təmiri böyük vüsət almışdır. Ölkə başçısının imzaladığı Sərəncam və Dövlət Proqramlarına əsasən Nəsimi rayonundakı orta və məktəbəqədər təhsil müəssisələrinin böyük əksəriyyəti əsaslı təmir olunub. Asif Əsgərov bildirib ki, sentyabr ayının 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil aldığı 268 nömrəli xüsusi məktəbdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub. 1927-ci ildən fəaliyyət göstərən məktəbdə əsaslı təmir işləri Prezident İlham Əliyevin 2014-cü ildə imzaladığı Sərəncamla təsdiq edilmiş Dövlət Proqramının tədbirlər planının icrası ilə əlaqədar aparılıb. 900 şagirdin təhsil aldığı məktəbin bütün otaqları zəruri əyani tədris vəsaitləri ilə təchiz olunub. Xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil aldığı bu cür müəssisələrin müasir səviyyədə yenidən qurulması onu göstərir ki, Azərbaycan dövləti təhsilin inkişafına və bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsinə xüsusi diqqətlə yanaşır. Bu layihənin həyata keçirilməsi, eyni zamanda, ölkədə bütün sosial təbəqələrə aid vətəndaşların təhsil almaları üçün yaradılan şəraiti aydın nümayiş etdirir. Daha sonra bildirdi ki, sentyabrın 11-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva paytaxtın Nəsimi rayonunda yerləşən "Qərənfil" körpələr evi-uşaq bağçasında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub. A.Əsgərov rayon məktəblilərinin keçən tədris ilində qazandıqları uğurlardan da danışıb.