Azərbaycan vətəndaşı öz fikir və düşüncəsini sərbəst ifadə etməklə cəmiyyətin tərəqqisinə töhfə verir

Seymur Süleymanov: “Ölkədə söz,fikir və məlumat azadlığının qarantı Cənab İlham Əliyevdir” Tərəfdar.az saytının baş redaktoru Seymur Süleymanovun ölkədə söz, fiki və ifadə azadlığı, plüralizmin təmin edilməsi istiqamətində görülən işlər, atılan addımlarla bağlı “OLAYLAR”-a müsahibəsi -Seymur bəy, bu gün Azərbaycan mediası, kütləvi indormasiya vasitələrinin durumunu necə dəyərləndirirsiniz? -Azərbaycan Mətbuat tarixinin çox zəngin səhifələri var. Çoxumuz qəzet və ya çap dövrünün geridə qaldığını, hal-hazırda internet mediasının inkşaf etdiyini vurğulayırıq. Təəsüflər olsun ki, bu belə deyil. İnternet resurslarının artması, sosial şəbəkələrdə olan aktivlik və s. bunların hamısı Azərbaycanda media azadlığının genişşaxəli olmasından qaynaqlanır. Ölkədə məlumat azadlığını ifadə edəcək müstəqil mətbuatın inkişafı yüksək səviyyəyə çatıb. Digər bir tərəfdən isə, ölkədə xəbər saytlarının artması o demək deyil ki, çap mediası cəmiyyətdə öz nüfuz dairəsini itirib. Çap mediasının inkşafı çox mühim məsələlərdən biridir. Düzdür, qəzet oxuyanların sayı ötən illərə baxdıqda xeyli azalma müşahidə olunur. Ancaq çap mediası ölkəmizdə inkşaf etməkdədir. Məlumdur ki, dövlət başçımız tərəfindən hər il çap medinın inkşafı üçün vəsaitlər ayrılmaqdadır. Bu vəsaitlər medianın təkminləşməsinə böyük köməklik göstərir.

Seymur Süleymanov: "Ölkədə söz,fikir və məlumat azadlığının qarantı Cənab İlham Əliyevdir"

Tərəfdar.az saytının baş redaktoru Seymur Süleymanovun ölkədə söz, fiki və ifadə azadlığı, plüralizmin təmin edilməsi istiqamətində görülən işlər, atılan addımlarla bağlı "OLAYLAR"-a müsahibəsi

-Seymur bəy, bu gün Azərbaycan mediası, kütləvi indormasiya vasitələrinin durumunu necə dəyərləndirirsiniz?

-Azərbaycan Mətbuat tarixinin çox zəngin səhifələri var. Çoxumuz qəzet və ya çap dövrünün geridə qaldığını, hal-hazırda internet mediasının inkşaf etdiyini vurğulayırıq. Təəsüflər olsun ki, bu belə deyil. İnternet resurslarının artması, sosial şəbəkələrdə olan aktivlik və s. bunların hamısı Azərbaycanda media azadlığının genişşaxəli olmasından qaynaqlanır. Ölkədə məlumat azadlığını ifadə edəcək müstəqil mətbuatın inkişafı yüksək səviyyəyə çatıb. Digər bir tərəfdən isə, ölkədə xəbər saytlarının artması o demək deyil ki, çap mediası cəmiyyətdə öz nüfuz dairəsini itirib. Çap mediasının inkşafı çox mühim məsələlərdən biridir. Düzdür, qəzet oxuyanların sayı ötən illərə baxdıqda xeyli azalma müşahidə olunur. Ancaq çap mediası ölkəmizdə inkşaf etməkdədir. Məlumdur ki, dövlət başçımız tərəfindən hər il çap medinın inkşafı üçün vəsaitlər ayrılmaqdadır. Bu vəsaitlər medianın təkminləşməsinə böyük köməklik göstərir.

Azərbaycan Müstəqillik əldə etdikdən bu yana, kütləvi informasiya vasitələri də öz azadlıqlarını elan etmişdir. Hərkəs bilməlidir ki, Azərbaycanda azad mediaya geniş şərait yaradan, jurnalistlərin dostu Ümumilli lider Heydər Əliyev olmuşdur. Məhz Heydər Əliyev zamanına qədər media tam azad deyildi. Bəziləri mənimlə razılaşmaya bilər, ancaq onu xatırladım ki, məhz Heydər Əliyevin dövründə, 1998-ci il avqustun 6-da senzuranın ləğvi, 1999-cu ildə "Kütləvi İnformasiya Vasitələri haqqında" Qanunun qəbulu və digər qərarlar qəbul edildi. Heydər Əliyevin bütün bu addımları ölkədə söz və fikir azadlığına böyük tövhə verib. Və bu azadlıq bu günə qədər özünü göstərməkdə dəvam edir.

-Azərbaycan demokratik cəmiyyətin bir üzvü kimi fikir, söz və məlumat azadlığına nə dərəcədə önəm verir və bu prinsiplərin tətbiqinə əməl edir?

-Azərbaycan vətəndaşı öz fikir və düşüncəsini sərbəst ifadə etməklə cəmiyyətin tərəqqisinə töhfə verir. Buna görə də hər bir sivil dövlətdə azad, müstəqil medianın təşəkkül tapması çox vacibdir. Azərbaycan dövləti demokratik, sivil və dövlətçilik dəyərlərinə sadiqlik nümayiş etdirərək, ölkədə söz və fikir azadlığının, azad medianın bərqərar olmasına böyük önəm verir. Bu gün Azərbaycan demokratik və hüquqi bir dövlət olaraq söz və mətbuat azadlığı, pluralizm ənənlərinə çox bağlıdır. Bir məqamı diqqətinizə çatdırmaq istəyirəm. Dövlət başçısının jurnalistlərlə görüşdə səsləndiridiyi bu fikir çox əhəmiyyətlidir:"Ölkə iqtisadi cəhətdən zəngin ola bilər, təbii resurslarla zəngin ola bilər, amma əgər cəmiyyətdə gözəl ab-hava, azadlıqlar yoxdursa, bu inkişaf yarımçıq ola bilər və ya dayanıqlı olmaya bilər".

Dövlət başçısı İlham Əliyev mətbuata çox həssas və ciddi yanaşır. Prezident İlham Əliyevin şəxsən özünün mətbuatı yaxından izlədiyi hərkəsə məlumdur. Buradan aydın olur ki, Azərbycan söz və məlumat azadlıq prinsiplərinə tam əməl etməklə yanaşı, hakimiyyətin mediaya olan ciddi münasibəti nəticəsində media ciddi qrum kimi qələmə verilir. Heç şübhəsiz ki, azad mediası olmayan ölkə, iqtisadi-siyasi sahədə inkşaf edə bilməz. Bu reallığı bir çox demokratik dünya ölkələri də qəbul etməkdədirlər. Azərbaycanda söz,fikir və məlumat azadlığının qarantı ölkə başçısı Cənab İlham Əliyevdir.

Ölkə vətəndaşları siyasi görüşlərindən aslı olmayaraq, çox asanlıqla öz düşüncələrini mediada və ya sosial şəbəkədə bəyan etməyə malikdirlər. Bu müsbət tendensiya isə ölkədə vətəndaş cəmiyyətinin inkşafına böyük töhhə verməkdədir.

-Ümumiyyətlə digər ölkələrlə müqayisədə Azərbaycan fikir, söz və məlumat azadlığının təmin olunması baxımından necə xarakrerizə edilə bilər?

-Ölkəmizdə müstəqil, güclü, obyektiv informasiya orqanları olan, eyni zamanda dövlətçilik prinsiplərinə sadiq qalan, milli maraqlarımızı qoruyan və haqq səsimizi xarici informasiya məkanında müdafiə edən KİV-lərin formalaşması, ən birinci Prezident İlham Əliyevin media siyasətinə öz böyük töhvəsindən irəli gəlməkdədir.

Dünya ölkələri Prezident İlham Əliyevi xalqının, dövlətinin maraqlarını hər şeydən üstün tutan, ölkəsinin elmi və kadr potensialını uğurla istiqamətləndirməyi bacaran, Azərbaycanın qarşılaşdığı problemləri həll etməyə qadir olan müdrik və qətiyyətli dövlət başçısı kimi tanıyır. Son illər ölkəmizdə İlham Əliyevin rəhbərliyi ilə söz azadlığının daha da güclənməsi, medianın azad, sərbəst fəaliyyət göstərməsi üçün  davamlı işlər görülür. Dünyada az ölkə var ki, azad media ilə yanaşı onun maddi bazasının möhkəmləndirilməsi, jurnalistlərin öz peşə vəzifələrini rahat həyata keçirmələri, məişət şəraitlərinin yaxşılaşdırılması üçün Azərbaycanda olduğu qədər yüksək şərait yaradılsın. Azərbaycanda 5 mindən artıq KİV, o cümlədən yüzə yaxın qəzet, jurnal, çoxsaylı televiziya və onlarla mətbuat yayımı şirkəti və jurnalist təşkilatı sərbəst fəaliyyət göstərir. Bütün bunların ən başlıca əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan siyasi-iqtisadi kursun İlham Əliyev tərəfindən də uğurla davam etdirildiyinin, xüsusən də dövlət başçısının mətbuata diqqətlə yanaşdığının, onun azad sözə, azad fikrə geniş imkanlar yaradılmasının tərəfdarı olduğunun bariz göstəricisidir.  Bu il Prezident İlham Əliyev Milli Mətbuat Günü ərəfəsində jurnalistlər üçün inşa edilmiş yaşayış binasının açılış mərasimində çıxış edərək, Azərbaycan jurnalistikasının inkişaf etdiyini, cəmiyyətdə rolunun əvəzsiz olduğunu vurğulayıb. Və vurğuladı ki, bu gün Azərbaycan jurnalistikası cəmiyyəti narahat edən problemləri üzə çıxarır, geniş təhlillər aparır. Bilirsiz, bu gün dövlət mətbuata çox həssas yanaşır. Bunu əminliklə deyə bilərəm və elə bir ölkə tapmaq mümkün deyil ki, ölkədə mətbuata və jurnalistlərə belə diqqət yetirsin. Siz dövlətin mətbuat siyasətini yaxından təhlil etsəniz, görərsiniz ki, dövlət təkcə mətbu orqanlara dəstək verməklə yetinmir, həm də mətbu orqanda çalışan jurnalistlərin yaşam şəraitini yaxşılaşdırılmasında böyük addımlar atır. Və bu da birbaşa Cənab İlham Əliyevin öz şəxsi təşəbbüsü əsasında həyata keçirilir. Çünki prezident ölkədə azad fikir, düşüncə və söz azadlığından yanadır. O istəyir ki, media azad olsun və ölkədə bir çox problemləri asan bir şəkildə özü əldə etsin. Fikir verin, mətbuatda hansısa bir dövlət və ya özəl qurumlarla bağlı problem işıqlandırılan kimi, həmən reaksiya verilir. Bu isə prezidentin siyasi kursuna böyük köməklik göstərir.

Bilirsiniz, prezident İlham Əliyev jurnalist peşəsini o qədər yüksək səviyyədə qiymətləndirir ki, ölkə başçısı jurnalistləri öz köməkçiləri hesab edir. Bu bilirsizmi nədir? Yəni jurnalistlər çalışdıqları mətbu orqanda, vətəndaşların və ya cəmiyyətin problemlərini mediada işıqlandıraraq, prezidentin diqqətinə çatdırır. Bu konteksdə prezindent də mətbuata xüsusi diqqət ayırmaqdadır. Prezindetin jurnalistləri öz köməkçisi hesab etməsindən, müstəqil ölkənin qələm əhli olaraq hər birimiz şərəf duyduq. Sonda onu qeyd edim ki, keçən ay həbs olunmuş "Turan" İnformasiya Agentliyinin direktoru jurnalist Mehman Əliyevin həbsdən azad olunması üçün preizdentin etdiyi tövsiyə onu göstərdi ki, ölkə başçısı heç bir jurnalistin həbs edilməsini qətiyyətlə tərəfdarı deyil. Və Mehman Əliyevin azad olunması yönündə atdığı bu addımlar Azərbaycan Prezidentinin həyata keçirdiyi hümanizm siyasətinin, media və söz azadlığına münasibətinin növbəti təzahürləridir. Hər zaman penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin yüngülləşdirilməsi və alternativ cəza üsullarının tərəfdarı olan İlham Əliyev bununla bir daha sübut etdi ki, həyata keçirdiyi siyasətə bütün hallarda tam sadiqdir. 

-Azərbaycan fikir, söz və məlumat azadlığının təmin olunması baxımından öndə olduğu halda, bəzi beynəlxalq təşkilatların müntəzəm olaraq bu sahədə Azərbaycanı hədəf seçməsi nəyə hesablanıb və məqsəd nədir?

-Bu sualınız indiki günün ən aktual mövzusudur. Sentyabrın 4-də - eyni gündə "The Washington Post" və "The Guardian" nəşrlərində sifarişlə dərc olunmuş iki məqalədə  Azərbaycanın növbəti dəfə hədəfə götürüldüyü açıq aşkar bilinməkdədir. Bir çox beynəlxalq təşkilatlar hesab edirlər ki, Azərbaycanın öz dövlətçilik, milli maraqları ya olmamalı, ya da onların cızdığı çərçivədən kənara çıxılmamalıdır. Bu, tamamilə absurd düşüncədir. Azərbaycan artıq dünyaya əyani şəkildə sübut edib ki, müstəqil dövlət olaraq daxili və xarici siyasətini, özü müəyyənləşdirir və bunun üçün hansısa kənar qüvvənin köməyinə rəvac duymur.  Azərbaycana qarşı belə addımlar atan xarici təşkilatlar həqiqətdən çox uzaq qərarlar verməkdədir. Onların maraqları Azərbaycanda azad medianın olub olmaması deyil, özlərinin istədiyi müxtəlif planları həyata keçirmələri üçündür. Əksər insanlar düşünür ki, xarici təşkilatların son zamanlarda Azərbaycana qarşı belə qərəzli mövqe sərgiləməkdə səbəbi Mehman Əliyevdir. Bu tamamilə yanlış düşüncədir. Çünki Mehman Əliyevin həbsdə olub olmaması həmin qaragüruh təşkilatları heç maraqlandırmır. Sadəcə olaraq, Mehman Əliyevin həbsindən Azərbaycana qarşı istifadə etdilər. Və daxilimizdə olan radikal düşüncəli insanlar, bu həbsi siyasiləşdirdilər. Və bu müstəvidə özləri də bilib bilmədən həmin anti-Azərbaycan qüvvələrinə dəstək vermiş oldular. Beləliklə, görünən odur ki, Azərbaycanı daim hədəfdə saxlayan müəyyən dairələr və erməni lobbisi hər bir yaranmış fürsətdən istifadə edərək, Azərbaycana qarşı belə çirkin kampanyaya start veriblər.İlham Əliyevin Dağlıq Qarabağa qanunsuz səfər etmiş Aleksandr Lapşinin əfv etməsi, Mehman Əliyevin azadlığa çıxması həm də ölkədə son günlər dəridən-qabıqdan çıxan və qarayaxma kampaniyası ilə məşğul olan radikal müxalifətə tutarlı bir cavab oldu. Unutmayaq ki, Azərbaycan hüququn aliliyinin ən yüksək səviyyədə təmin olunduğu dövlətdir. İlham Əliyevin təqdirəlayiq bu iki addımı, Azərbaycanın beynəlxalq arenada öz nüfus dairəsini daha da genişləndirməyə təkan verdi. Mehman Əliyevin azad olunması üçün Mətbuat Şurası ciddi addımlar atırdı. Və Mətbuat Şurasının bu şücaəti çox təqdirəlayiq qiymtlədirilməlidir. Hər bir jurnalistin arxasında olan Mətbuat Şurası, özünü bir daha sübuta yetirmiş oldu.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31