Tixanovskaya Trampı Lukaşenko ilə münasibətləri bərpa etməməyə çağırıb- ÖZƏL

Belarus prezidentliyinə keçmiş namizəd Svetlana Tixanovskaya Amerika lideri Donald Trampa müraciət edərək, respublika prezidenti Aleksandr Lukaşenko ilə münasibətləri bərpa etməməyə çağırıb.

Olaylar xəbər verir ki,bu barədə "Politico" nəşri məlumat yayıb.

"Sizin tərəfinizdən hansısa güzəştlər, sanksiyaların yumşaldılması və ya reklam müqabilində insanların azadlığa buraxıldığı vəziyyəti normallaşdırmayın", - deyə Tixanovskaya bildirib.

Bundan əvvəl ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsinin müavini Con Koul bildirib ki, Belarus Trampın tələbi ilə 14 məhbusu azad etmək qərarına gəlib. Onların arasında müxalifət lideri  Sergey Tixanovski də var .

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31