Rusiya Xarici İşlər Nazirliyi Ermənistanı Rusiya ətrafında konstruktiv informasiya mühitini dəstəkləməyə çağırıb
19:31 DünyaRusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Moskvada Ermənistanın səfiri Qurgen Arsenyana Rusiyanın ətrafında konstruktiv informasiya mühitinin qorunmasının vacibliyi ilə bağlı mövqeyi çatdırıb.
Olaylar xəbər verir ki,İkitərəfli və regional gündəmin bir sıra məsələləri müzakirə olunub.
"Rusiya-Ermənistan qarşılıqlı əlaqələrinin gələcək qrafiki üzrə fikir mübadiləsi aparılıb. Söhbət zamanı diplomatik nümayəndəliyin rəhbərinə Ermənistanda Rusiya və ikitərəfli münasibətlər ətrafında konstruktiv informasiya fonunun qorunub saxlanmasının vacibliyi ilə bağlı mövqe çatdırılıb. Bu kontekstdə Rusiya və Ermənistanın aidiyyəti qurumları arasında növbəti məsləhətləşmə raundunun keçirilməsi ilə bağlı Rusiya tərəfinin təklifi bir daha təsdiqlənib", - deyə nazirliyin məlumatında bildirilir.