Tramp Braziliya hakimiyyətinin Bolsonaroya qarşı atdığı addımları “cadugər ovuna” bənzədib- ÖZƏL

Olaylar xəbər verir ki,ABŞ Prezidenti Donald Tramp Braziliya hakimiyyətinin bu ölkənin sabiq prezidenti Jair Bolsonaroya qarşı atdığı addımları "siyasi rəqibə hücum" və "cadugər ovu" adlandırıb.

"Bu, siyasi rəqibə qarşı hücumdan başqa bir şey deyil. Mən bu barədə çox şey bilirəm", - deyə Tramp Truth Social sosial şəbəkəsində Bolsonaru ətrafında baş verənlərə münasibət bildirərkən yazıb. "Braziliya xalqı onların keçmiş prezidentinə qarşı edilənləri qəbul etməyəcək", - deyə o bildirib. Tramp qeyd edib ki, Bolsonaruya, onun ailəsinə və minlərlə tərəfdarına qarşı aparılan "cadugər ovu"nu çox diqqətlə izləyəcək. "Bolsonaruya qarşı irəli sürülə biləcək yeganə proses - seçicilər tərəfindən keçirilən seçki prosesidir", - deyə o əlavə edib.

"Bolsonarunu rahat buraxın!" - deyə ABŞ Prezidenti çağırış edib. Trampın fikrincə, Bolsonaru heç bir günah törətməyib, sadəcə 2019-2022-ci illərdə prezident olduğu müddətdə vətəndaşlarının maraqlarını müdafiə edib.

Qeyd edək ki, Bolsonaru Trampı fəal şəkildə dəstəkləyib və Tramp da ona qarşılıq verib. Hazırda Bolsonaroya 2023-cü ilin yanvarında Braziliya paytaxtında baş verən iğtişaşlara dəstək verdiyinə görə 2030-cu ilə qədər dövlət vəzifəsi tutmaq qadağan olunub. Bu hadisələr hazırkı prezident Luis İnasio Lula da Silvanın hakimiyyətə gəlməsindən sonra baş verib. İyunun sonunda Bolsonaru 2026-cı il prezident seçkilərində iştirakına icazə verilməsi və özünün əfv edilməsi tələbilə San-Pauluda təşkil edilən mitinqdə 12,4 min nəfəri toplaya bilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31