Nazirliyə edilən müraciətlərin sayı artıb
2017-ci ilin avqust ayı ərzində Vergilər Nazirliyinin Çağrı Mərkəzinə 22213 zəng, o cümlədən canlı rejimdə təmsilçi ilə əlaqə yaratmaq üçün 16562 zəng daxil olmuşdur. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə daxil olmuş zənglər 7,2 faiz və ya 1492 ədəd, canlı rejimdə təmsilçi ilə əlaqə yaratmaq üçün daxil olmuş zənglər isə 11,8 faiz və ya 1761 ədəd artmışdır. 2017-ci ildə ümumilikdə daxil olan zənglər, o cümlədən canlı rejimdə təmsilçi ilə əlaqə yaratmaq üçün daxil olmuş ənglər 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq 39,5% və 50,7% artaraq 312 666 və 235 670 olmuşdur. Nəticədə 1 iş günü ərzində canlı rejimdə təmsilçi ilə əlaqə yaratmaq üçün daxil olmuş zənglərin sayı orta hesabla 1492 ədəd olmuşdur. Hesabat ayında canlı rejimdə daxil olmuş zənglər üzrə 17164 sual xarakterli müraciət birbaşa cavablandırılmış, 441 müraciət vərəqəsi tərtib edilmişdir.
15 Sentyabr 2017 14:57 Sosial2017-ci ilin avqust ayı ərzində Vergilər Nazirliyinin Çağrı Mərkəzinə 22213 zəng, o cümlədən canlı rejimdə təmsilçi ilə əlaqə yaratmaq üçün 16562 zəng daxil olmuşdur. Nazirlikdən "Olaylar"a verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə daxil olmuş zənglər 7,2 faiz və ya 1492 ədəd, canlı rejimdə təmsilçi ilə əlaqə yaratmaq üçün daxil olmuş zənglər isə 11,8 faiz və ya 1761 ədəd artmışdır. 2017-ci ildə ümumilikdə daxil olan zənglər, o cümlədən canlı rejimdə təmsilçi ilə əlaqə yaratmaq üçün daxil olmuş ənglər 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq 39,5% və 50,7% artaraq 312 666 və 235 670 olmuşdur. Nəticədə 1 iş günü ərzində canlı rejimdə təmsilçi ilə əlaqə yaratmaq üçün daxil olmuş zənglərin sayı orta hesabla 1492 ədəd olmuşdur. Hesabat ayında canlı rejimdə daxil olmuş zənglər üzrə 17164 sual xarakterli müraciət birbaşa cavablandırılmış, 441 müraciət vərəqəsi tərtib edilmişdir. Vergi növləri barədə məlumat əldə etmək üçün ay ərzində 1095, dövlət büdcəsinə olan vergi borcu barədə məlumat əldə etmək üçün 1829 və canlı rejimdə təmsilçi ilə əlaqə yaratmaq məqsədi ilə sifariş etmək üçün 280 dəfə səsli menyudan istifadə edilmişdir. Hesabat ayında vergi ödəyicilərinə 73302 SMS göndərilmişdir.