Gündəm

Sığırlı-Karrar mənzilində 12,8 km yolun əsaslı təmirinə start verilib

31 Oktyabr 2017 13:10

Azərbaycan Dəmir Yolunun əsaslı təmiri prosesinin növbəti mərhələsidavam edir. Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur. “OLAYLAR”-a daxil olan məlumata görə, bu gündən etibarən Dəmir yolunun Sığırlı-Karrar mənzilində 12,8 km yolun əsaslı təmirinə start verilib. Təmir işləri on gün davam edəcək.

Xüsusi prokuror düyməyə basdı: Trampın yaxın adamı Pol Manafort ev dustaqlığına məhkum olundu

31 Oktyabr 2017 13:09

Donald Trampın seçki qərargahının sabiq rəhbəri Pol Manafort və onun tərəfdaşı Rik Geyts barəsində ev dustaqlığı qərarı verilib. Bu barədə “Bloomberg” xəbər verib. Manafort və Qeyts məhkəmədəki çıxışlarında özlərini ittiham üzrə günahkar bilməyiblər.

1347 şəxs Baş Təhsil İdarəsinin müsabiqəsində iştirak etmək istəyir

31 Oktyabr 2017 13:07

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), psixoloq və kitabxanaçı vəzifələrinə işə qəbul üzrə  elan edilmiş müsabiqənin II (test imtahanı) mərhələsi 3-5 noyabr 2017-ci il tarixlərində keçiriləcək. Bu barədə məlumat “OLAYLAR”-a Təhsil İdarəsindən daxil olub. Bildirilib ki, müsabiqənin keçirilmə yeri və konkret vaxtı barədə namizədlərin şəxsi səhifəsinə məlumat göndəriləcək.

Turizm cəhətdən unikal ərazidə yeni yol salınır

31 Oktyabr 2017 13:04

Şamaxı rayonunun Dəmirçi kəndini İsmayıllı rayonunun Lahıc qəsəbəsi ilə birləşdirən, ümumi uzunluğu 22 kilometr olan Dəmirçi-Lahıc avtomobil yolunun tikintisi ilə Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən “Azəravtoyol” ASC tərəfindən müvafiq işlərə başlanılıb. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, sözügedən avtomobil yolu 4-cü texniki dərəcəyə uyğun olaraq inşa olunacaq. Yolun hərəkət hissəsinin eni 6 metr və çiyinlərin eni 2 metr olmaqla torpaq yatağının eni 10 metr təşkil edəcək. Hazırda yol boyu torpaq işləri, həmçinin layihə-axtarış və geoloji işlər də aparılır.

BTQ-nin siyasi və beynəlxalq əhəmiyyəti daha böyükdür

31 Oktyabr 2017 13:03

“Bakı-Tiblisi- Qars layihəsinin siyasi və beynəlxalq əhəmiyyəti iqtisadi əhəmiyyətindən daha böyükdür”. Bu fikirləri “OLAYLAR”-a politoloq Cəbrayıl Fərzəliyev səsləndirib. O, bildirib ki, iqtisadi baxımdan başqa sahələrdən də ölkə üçün gəlir əldə etmək olur.

Milli Məclis yenilənmiş sazişi təsdiq etdi

31 Oktyabr 2017 13:01

Milli Məclisin oktyabrın 31-də keçirilən iclasında Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında" Dövlət Neft Şirkəti ilə Azərbaycan (ACG) Limited, BP Eksploreyşn (Kaspian Si) Limited, Şevron Xəzər, Ltd., Ekson Azərbaycan Limited, İnpeks Sausvest Kaspian Si, Ltd., İtoçu Oyl Eksploreyşn (Azərbaycan) İnk., ONGC Videş Limited, Statoyl Abşeron AS, Türkiyə Petrolleri A.O. arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb. Qanun layihəsi barədə məlumat verən MM sədrinin müavini Valeh Ələsgərov qeyd edib ki, 1995-2007-ci illər ərzində layihə üzrə ümumi xərclərin həcmi 43.5 milyard dollar olub.

Türkiyə prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub

31 Oktyabr 2017 12:55

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıda rəsmi qarşılanma mərasimi olub. Məlumata görə, Türkiyə prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Sonra iki ölkənin himni səsləndirilib.

Avropa çempionatının keçiriləcəyi ölkə dəyişdirildi

31 Oktyabr 2017 12:52

2018-ci ildə ağırllıqaldırma üzrə Avropa çempionatının keçiriləcəyi ölkə dəyişdirilib.  Qitə birinciliyi Albaniyanın paytaxtı Tiranada təşkil olunacaq. Martın 23-dən aprelin 1-dək keçiriləcək yarışın öncədən təyin olunduğu kimi Türkiyənin Antalya şəhərində baş tutmamasına səbəb bu ölkənin Dünya Ağırlıqqaldırma Federasiyası (IWF) tərəfindən bir il müddətinə bütün yarışlarda təmsilçilik hüququndan məhrum edilməsidir.

Noyabrda hava necə olacaq?

31 Oktyabr 2017 12:45

Azərbaycan noyabr ayına olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə noyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir. Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimalı var.

Yaponiyada bir mənzildə 9 cəsəd tapıldı

31 Oktyabr 2017 12:41

Yaponiyanın paytaxtı Tokio şəhərində 27 yaşlı bir sakinin mənzilindən 9 nəfərin bədən qalıqları tapılıb. Cəsədlərlə bərabər iki kəsilmiş baş da aşkar edilib.Mənzildəki soyuducularda tapılan cəsədlərin səkkizi qadın, biri isə kişi cəsədi imiş.

Erməni tərəfi panikadadır

31 Oktyabr 2017 12:37

Müntəzəm olaraq Azərbaycan mühüm əhəmiyyətli layihələrin əsas təşəbbüskarı və iştirakçısı qismində çıxış edəndə, həmin layihələrin reallaşması başa çatan ərəfədə, yaxud ölkədə bu və ya digər seçkilər keçirilən zaman Qərbdən qərəzli, əsassız təzyiqlərlə üzləşir. Hazırda da eyni arzuolunmaz situasiya davam etməkdədir. Görünən odur ki, Azərbaycana qarşı yenə də qərəzli kampaniyalar aparılır. Ölkəmizə qarşı yönəlmiş bu təzyiqlərin əsas məqsədi isə Azərbaycanı öz müstəqil siyasət kursundan döndərmək, Bakını da Qərbin diqtəsi ilə addım atan bir ölkəyə çevirməkdir. Amma, reallıq ondan ibarətdir ki, Azərbaycanı tutmuş olduğu bu yoldan döndərmək mümkün deyil.

Xalqlar arasında dostluq və əməkdaşlığa xidmət edən layihə

31 Oktyabr 2017 12:33

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun açılışı təkcə Azərbaycan, Türkiyə, Gürcüstan üçün deyil, eləcə də Avropa İttifaqı, və Mərkəzi Asiyanı birləşdirən nəqliyyat sistemi bağlantıları sahəsində atılan böyük addımdır.

Keçmiş sovet elitasının üzvlərini Qorbaçova qarşı nifrət birləşdirir

31 Oktyabr 2017 12:30

ORT kanalı “Əsil həqiqətdə” verilişini təqdim edəndə onun siyasət dünyasının qaranlıqlarına işıq salmaq üçün necə uğurlu layihə ola biləcəyini çoxları düşünürdü, lakin ideya müəllifləri kütlələrin zövqünü “korlamayaraq”, ənənəvi şəxsi intriqalara daha çox meydan verirdilər. Nə edəsən, bazar qanunları və reklam şərtləri qeyri-rentabelli fəaliyyəti mümkünsüz edir. İnformasiya məkanının sərt rəqabətinə dözməlisən. Dekorasiyadan tutmuş sonuncu teleeffekt detallarına qədər, hamısı pul tələb edir. Lakin prorqam heyəti istisna hal kimi, Sovetlər Birliyinin sonuncu imperatoru və 20-ci əsrin ən ziddiyətli adamı Mixail Qorbaçovun “Foros əməliyyatı” ətrafında on illərdir davam edən suallara aydınlıq gətirməyə çalışırdı.

Kimin hüququ daha çoxdur-qadınların, yoxsa kişilərin?

31 Oktyabr 2017 12:28

Qadınları zəif, hüquqları daim kişilər tərəfindən tapdanan cins olduğunu deyirik. Görəsən, həqiqətən də belədirmi? Qərblilərin, avropalı və amerikalıların əksəriyyətinin nəzərində Şərq qadını, daha doğrusu, İslam ölkələrindəki xanımlar heç bir hüququ olmayan, döyülən, əzilən, ağır işgəncələrə məruz qalan yazıq, qorxaq, müti məxluqlardır. Ki, bu məxluqların həyatı və hüquqları onları adam yerinə qoymayan əri və ən başlıcası - Şəriət qaydaları ilə məhdudlaşdırılıb.

Əfsanədən gerçəkliyə aparan yol

31 Oktyabr 2017 12:24

Artıq uzun illərdən bəri xəyallarda dolaşan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi gercəkliyə çevrildi. 2017-ci il oktyabrın 30-dan Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanından ilk qatarın yola salınması mərasimi arzuların çin olduğunu təsdiqlədi. Xatırladaq ki, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin reallaşması iqtisadi səmərəlilik, sürət və vaxt tezliyi, təhlükəsizlik və etibarlılıq baxımından böyük əhəmiyyət kəsb edir. Sözgedən layihənin icrasına 2007-ci ildə başlanılıb.