Gündəm
Binəli Yıldırım: "Bakı-Tbilisi-Qars dəmiryol layihəsi tarixi layihədir"
“Bakı-Tbilisi-Qars dəmiryol layihəsinin əvvəlindən bu işin içərisində olan bir şəxs kimi deyə bilərəm ki, bu, tarixi layihədir”. Məlumata görə, bu sözləri Türkiyə baş naziri Binəli Yıldırım Ədalət və İnkişaf Partiyasının (AKP) parlamentdəki qrup toplantısında deyib.
Fədayə Laçın "Qoca" ilə sevgili olduğunu etiraf etdi: "Sonuncu dəfə onunla..."
Müğənni Fədayə Laçın (Məmmədova Fədayə Baris qızı) məhkəmədə "Qoca" ləqəbli dustaq Etibar Məmmədovla sevgili olduğunu etiraf edib.
Bələdiyyələrə yeni səlahiyyət verildi
Azərbaycanda yaşıllıqların salınması və bərpası üçün əkin materialları yerləşdirmək məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən torpaq sahələri ayrılacaq. “OLaylar”ın məlumatına görə, bununla bağlı Milli Məclisin iclasında “Yaşıllıqların mühafizəsi haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb.
“Kod”lar düzgün yığılmaya bilər... Nigar Adil yazır...
Ötən gün gündəm çox “rəngarəng” oldu. Adətən media üçün 2 – 3 saat öncə yayımlanan xəbər artıq köhnə xəbər hesab olunur. Bu gündən sabaha keçən xəbərlər də olur, amma bu çox az hallarda baş verir. Adətən dünya çaplı xəbərlər – müharibələr, siyasi qarşıdurmalar və.s
Rusiya XİN: Xəzəryanı ölkələrin XİN başçılarının dekabrda Moskvada görüşü keçirilə bilər
"Xəzəryanı ölkə başçılarının sammiti 2018-ci ilin əvvəlində Astanada keçirilə bilər. Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan xarici işlər nazirlərinin isə dekabrda Moskvada sammitə hazırlığı müzakirə etməsi gözlənilir".
Uran yataqları fəaliyyət göstərəcək
Səudiyyə Ərəbistanı Krallığı ölkə ərazisindəki uran yataqlarını işə salmağa hazırlaşır. Krallığın nüvə proqramının rəhbəri Həşim Yəmani açıqlamasında uran emalı proqramına start veriləcəyini bildirib.Yəmani məqsədlərinin uran yataqlarını enerji sahəsində istifadə etmək olduğunu bəyan edib. Açıqlamada Krallığın artıq Beynəlxalq Atom Enerjisi Təşkilatı ilə danışıqlar apardığı və növbəti il iki nüvə reaktorunun inşasına başlanacağı qeyd olunur.Xəbəri Olaylar.az - ın Türkiyə bürosu yayıb.
Vitse-spiker: “Kapital xərclər haqqında dəqiq rəqəm demək çətindir”
Milli Məclis sədrinin müavini Valeh Ələsgərov parlamentin iclasında Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında" qanun layihəsinin müzakirəsi zamanı sözügedən sazişin kapital tutumu haqqında məlumat verib.
Siyavuş Novruzov: Tarix sübut etdi ki, vaxtilə bu sazişi xülya adlandıranların fikirləri xülyadır
“Tarix sübut etdi ki, vaxtilə bu sazişi xülya adlandıranların fikirləri xülyadır”. “OLaylar” xəbər verir ki, bunu deputat Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən iclasında "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənməsinə dair yeni sazişin müzakirəsi zaman deyib.
Valeh Ələsgərov: "Yeni "AÇG" sazişində yerli şirkətlərin iştirakı xüsusi qeyd olunub"
"Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, "Çıraq” yataqları və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında yenilənmiş sazişdə Azərbaycan şirkətlərinin üstünlüyünü təmin etmək üçün yerli şirkətlərin iştirakı xüsusi qeyd olunub.
Rusiya XİN Qazaxıstanın latın əlifbasına keçidinə münasibət bildirib
"Moskva Astananın kiril əlifbasından latın əlifbasına keçməsi qərarına sakit yanaşır". Məlumata görə, bunu Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin "Rossiya 24" kanalının efirində deyib. "Hesab edirəm ki, hansı əlifbadan hansı səviyyədə istifadə olunacağı Qazaxıstanın daxili işidir", - deyə Q.Karasin vurğulayıb.
Suyun altında jurnalistə təcavüz edib, cəsədini parçalara ayırdı
İsveçrəli jurnalist Kim Vull xəbər yazmaq üçün danimarkalı ixtiraçı Peter Madsenin sualtı gəmisinə gedib. Bu hadisədən sonra jurnalist qəflətən yoxa çıxıb. Polis Peter Madseni şübhəli şəxs qismində həbs edib. İxtiraçı polisə ifadəsində jurnalistin suyun altında ikən karbonmonoksiddən zəhərləndiyini deyib. O, cəsədi gizlətmək üçün onu parçalara ayırıb və Kopenhagen yaxınlığında suya atıb.
"Heç kim uşağı oxumağa məcbur edə bilməz” - Məhəbbət Vəliyeva
“Qızların təhsildən yayındırılması əsasən 9-cu sinifdən, ümumi orta təhsil pilləsi bitdikdən sonra müşahidə edilir”. Bu barədə Bakı Şəhər Təhsil İdarəsinin rəhbəri Məhəbbət Vəliyeva deyib.
Rusiya Gürcüstanla viza rejimini ləğv edə bilər, amma...
Rusiya Gürcüstanla gələcəkdə qarşılıqlı əsasda vizasız rejimə keçməyi istisna etmir. Məlumata görə, bunu Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin "İzvestiya" qəzetinə açıqlamasında deyib. "Gələcəkdə qarşılıqlı əsasda vizasız rejimin tətbiq oluna biləcəyini istisna etmirik.
Ukraynada Putinə sui-qəsd hazırlayan çeçen komandirin arvadı öldürüldü
Kiyev yaxınlığında naməlum şəxslər Rusiya prezidenti Vladimir Putinə sui-qəsd hazırlayan Adam Osmayevin avtomobilinə atəş açıblar. Bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Qeraşenko öz Facebook səhifəsində yazıb. İnsident nəticəsində Osmayevin həyat yoldaşı Amina Okuyeva ölüb. Qeraşenko qeyd edib ki, nəqliyyat vasitəsi Kiyev vilayətinin Qlevaxa qəsəbəsində dəmir yolu keçidi yaxınlığında gülləbaran edilib. Osmayev özü hadisə zamanı yüngül xəsarətlər alıb.
Kataloniyanı etiraz dalğası bürüdü: Qaçaq prezidentlərini müdafiə edirlər
İspaniyada minlərlə etirazçı küçələrə axışıb. Etirazçılar prezident Çarlz Puiqdemontun ölkədən qaçmasına baxmayaraq, Kataloniyanı müdafiə edəcəklərini bildiriblər. Onlar Kataloniya prezidentinin məmləkəti Girona şəhərindəki əsas hökumət binası ətrafında insan zənciri meydana gətirib. Aktivistlər Madridin bölgəni idarə etmək niyyətini qətiyyətlə rədd edib və öz manifestlərini oxuyublar. Həmçinin prezidentlərinə tətbiq edilən repressiyanı qınayıblar. Onlar müstəqillik referendumundan sonra həbs edilən 3 Kataloniya müxalifət liderlərinin azadlığa buraxılmasını da tələb ediblər.














