Ukraynada Putinə sui-qəsd hazırlayan çeçen komandirin arvadı öldürüldü
Kiyev yaxınlığında naməlum şəxslər Rusiya prezidenti Vladimir Putinə sui-qəsd hazırlayan Adam Osmayevin avtomobilinə atəş açıblar. Bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Qeraşenko öz Facebook səhifəsində yazıb. İnsident nəticəsində Osmayevin həyat yoldaşı Amina Okuyeva ölüb. Qeraşenko qeyd edib ki, nəqliyyat vasitəsi Kiyev vilayətinin Qlevaxa qəsəbəsində dəmir yolu keçidi yaxınlığında gülləbaran edilib. Osmayev özü hadisə zamanı yüngül xəsarətlər alıb.
31 Oktyabr 2017 13:23 DünyaKiyev yaxınlığında naməlum şəxslər Rusiya prezidenti Vladimir Putinə sui-qəsd hazırlayan Adam Osmayevin avtomobilinə atəş açıblar. Bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Qeraşenko öz Facebook səhifəsində yazıb. İnsident nəticəsində Osmayevin həyat yoldaşı Amina Okuyeva ölüb. Qeraşenko qeyd edib ki, nəqliyyat vasitəsi Kiyev vilayətinin Qlevaxa qəsəbəsində dəmir yolu keçidi yaxınlığında gülləbaran edilib. Osmayev özü hadisə zamanı yüngül xəsarətlər alıb.
Xatırladaq ki, 36 yaşlı mayor Adam Osmayev 2015-ci ilin fevralından Ukraynadakı Cövhər Dudayev adına çeçenlərdən ibarət könüllülər batalyonunun komandiridir. Virtualaz.org xarici KİV-ə istinadən xəbər verir.