Siyavuş Novruzov: Tarix sübut etdi ki, vaxtilə bu sazişi xülya adlandıranların fikirləri xülyadır
“Tarix sübut etdi ki, vaxtilə bu sazişi xülya adlandıranların fikirləri xülyadır”. “OLaylar” xəbər verir ki, bunu deputat Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən iclasında "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənməsinə dair yeni sazişin müzakirəsi zaman deyib.
31 Oktyabr 2017 13:53 Siyasət"Tarix sübut etdi ki, vaxtilə bu sazişi xülya adlandıranların fikirləri xülyadır". "OLaylar" xəbər verir ki, bunu deputat Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən iclasında "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənməsinə dair yeni sazişin müzakirəsi zaman deyib. S.Novruzovun sözlərinə görə, o vaxt prezidentliyə namizəd olmaq istəyənlər var idi ki, bu sazişi dəstəkləmirdilər: "Həmin şəxslər bu sazişi xülya adlandırırdılar, lakin tarix sübut etdi ki, o adamların fikirləri xülyadır". Deputat bildirib ki, bu gün bu saziş Azərbaycana böyük faydalar gətirir, ölkəmizin inkişafında mühüm rol oynayır.