Rusiya XİN Qazaxıstanın latın əlifbasına keçidinə münasibət bildirib

"Moskva Astananın kiril əlifbasından latın əlifbasına keçməsi qərarına sakit yanaşır". Məlumata görə, bunu Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin "Rossiya 24" kanalının efirində deyib. "Hesab edirəm ki, hansı əlifbadan hansı səviyyədə istifadə olunacağı Qazaxıstanın daxili işidir", - deyə Q.Karasin vurğulayıb.

Qeyd edək ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayev mərhələli şəkildə kiril əlifbasından latın əlifbasına keçilməsi haqqında fərman imzalayıb. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31