Turizm cəhətdən unikal ərazidə yeni yol salınır

Şamaxı rayonunun Dəmirçi kəndini İsmayıllı rayonunun Lahıc qəsəbəsi ilə birləşdirən, ümumi uzunluğu 22 kilometr olan Dəmirçi-Lahıc avtomobil yolunun tikintisi ilə Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən “Azəravtoyol” ASC tərəfindən müvafiq işlərə başlanılıb. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, sözügedən avtomobil yolu 4-cü texniki dərəcəyə uyğun olaraq inşa olunacaq. Yolun hərəkət hissəsinin eni 6 metr və çiyinlərin eni 2 metr olmaqla torpaq yatağının eni 10 metr təşkil edəcək. Hazırda yol boyu torpaq işləri, həmçinin layihə-axtarış və geoloji işlər də aparılır.

Şamaxı rayonunun Dəmirçi kəndini İsmayıllı rayonunun Lahıc qəsəbəsi ilə birləşdirən, ümumi uzunluğu 22 kilometr olan Dəmirçi-Lahıc avtomobil yolunun tikintisi ilə Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən "Azəravtoyol" ASC tərəfindən müvafiq işlərə başlanılıb. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, sözügedən avtomobil yolu 4-cü texniki dərəcəyə uyğun olaraq inşa olunacaq. Yolun hərəkət hissəsinin eni 6 metr və çiyinlərin eni 2 metr olmaqla torpaq yatağının eni 10 metr təşkil edəcək. Hazırda yol boyu torpaq işləri, həmçinin layihə-axtarış və geoloji işlər də aparılır.

Layihə üzrə Pirsaatçayın sağ qolu olan Künəçay üzərində 1 avtomobil körpüsünün, həmçinin sunizamlayıcı və sahil bərkidici dəmir-beton istinad divarlarının tikintisi də nəzərdə tutulub.

Bundan başqa tikinti işləri çərçivəsində yol boyu avtobus dayanacaqları, məlumatverici lövhələr və yol nişanları da quraşdırılacaq. Sözügedən avtomobil yolunun tikintisi İsmayıllı rayonunun Lahıc kəndi ilə Şamaxı rayonunun Dəmirçi kəndini birləşdirməklə yol boyu yaşayan vətəndaşların rahat gediş-gəlişini təmin edəcək, yük və sərnişin daşımasını xeyli asanlaşdıracaq. Bundan başqa yolun tikintisi turistlərin hər iki rayonun turizm bölgələrinə daha qısa və rahat yolla gediş-gəlişini təmin etmiş olacaq ki, bu da öz növbəsində turizmin inkişafına, həmçinin yeni turizm marşrutlarının yaranmasına səbəb olacaq. Təbii ki, bütün bunlar yol boyu yaşayan vətəndaşların həyat şəraitinin daha da yaxşılaşmasına gətirib çıxaracaq. Dəmirçi-Lahıc avtomobil yolunun tikilərək 2018-ci ildə istifadəyə verilməsi nəzərdə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31