Erməni tərəfi panikadadır

Müntəzəm olaraq Azərbaycan mühüm əhəmiyyətli layihələrin əsas təşəbbüskarı və iştirakçısı qismində çıxış edəndə, həmin layihələrin reallaşması başa çatan ərəfədə, yaxud ölkədə bu və ya digər seçkilər keçirilən zaman Qərbdən qərəzli, əsassız təzyiqlərlə üzləşir. Hazırda da eyni arzuolunmaz situasiya davam etməkdədir. Görünən odur ki, Azərbaycana qarşı yenə də qərəzli kampaniyalar aparılır. Ölkəmizə qarşı yönəlmiş bu təzyiqlərin əsas məqsədi isə Azərbaycanı öz müstəqil siyasət kursundan döndərmək, Bakını da Qərbin diqtəsi ilə addım atan bir ölkəyə çevirməkdir. Amma, reallıq ondan ibarətdir ki, Azərbaycanı tutmuş olduğu bu yoldan döndərmək mümkün deyil.

Özləri də anlayırlar ki, artıq zaman yetişib

Müntəzəm olaraq Azərbaycan mühüm əhəmiyyətli layihələrin əsas təşəbbüskarı və iştirakçısı qismində çıxış edəndə, həmin layihələrin reallaşması başa çatan ərəfədə, yaxud ölkədə bu və ya digər seçkilər keçirilən zaman Qərbdən qərəzli, əsassız təzyiqlərlə üzləşir. Hazırda da eyni arzuolunmaz situasiya davam etməkdədir. Görünən odur ki, Azərbaycana qarşı yenə də qərəzli kampaniyalar aparılır. Ölkəmizə qarşı yönəlmiş bu təzyiqlərin əsas məqsədi isə Azərbaycanı öz müstəqil siyasət kursundan döndərmək, Bakını da Qərbin diqtəsi ilə addım atan bir ölkəyə çevirməkdir. Amma, reallıq ondan ibarətdir ki, Azərbaycanı tutmuş olduğu bu yoldan döndərmək mümkün deyil. Çünki ölkədə iqtidarla xalqın vəhdəti var və hakimiyyətin, Prezident İlham Əliyevin yürütdüyü bu siyasət xalq tərəfindən dəstəklənir. Elə millət vəkili Elşən Musayev də bu qənaətdədir. Millət vəkili deyib ki, qarşıdan prezident seçkiləri gəldiyi üçün anti-Azərbaycan qüvvələri, müəyyən şəbəkələr hansısa formada gərginlik yaratmaq, öz əsassız və qərəzli yanaşmaları ilə Azərbaycanı nüfuzdan salmağa çalışırlar: "Çünki Azərbaycanı sevməyən məlum qüvvələrin ölkə daxilində də məlum şəbəkəsi var. Biz onlara "5-ci kolon" deyirik. Həmin buqələmunlar, xalq düşmənləri müxtəlif formatlarda danoslar, anonimlər, yalan informasiyalar hazırlayaraq xaricə ötürür, mövcud hakimiyyəti gözdən salmağa çalışırlar. Amma çifayda. İllərdir effekt vermir. Verməyəcək də. Çünki haqsızdırlar, ədalətsizdirlər, mübarizəni kişi kimi aparmırlar. Təsəvvür edin, erməni lobbisi və bu ələkçilərə qıl verənlər ən mötəbər qurumlara qədər sızıblar. Avropa Şurası nəhənglikdə qurum bir cinayətkara görə öz nüfuzunu necə zərbə altında qoyub və Azərbaycan hakimiyyəti ilə tələb formasında danışır, əleyhimizə qətnamələr qəbul etdirir. Halbuki, həmin cinayətkar bu ölkədə ən sanbalsız siyasətçinin belə qarşısına çıxacaq biri deyil. Sadəcə Azərbaycan hüquqi dövlətdir. Cinayəti törədən üçünsə cəza nəzərdə tutulub. Hamının üzərinə siyasi damğa vurmaq olmaz. Avropanın təklif elədiyi odur ki, hüquqi nihilizm tətbiq edin. Yəni sizdə hüquq işləməsin. Bizsə deyirik, gedin işinizlə məşğul olun, bizim daxili işlərimizə qarışmayın. Bir insanı bu cür müdafiə edəcəyinizə, gedin 1 milyon qaçqının taleyini həll edin, erməniyə yerini göstərin, dünyada ədalətin bərpasına çalışın. Amma görünən budur ki, Avropanın və oradakı bəzi şəxslərin fərdi marağı qlobal maraqlardan daha üstündür". ABŞ-ın Helsinki Komissiyasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dinləmələrə münasibətini bildirən millət vəkili qeyd edib ki, bu dinləmələr periodik xarakterlidir və erməni mövqeyini ifadə edən bir təzahüratdır: "Bir əlavəni də edim ki, adının əvvəlində iri hərfli ABŞ sözu olsa da Helsinki Komissıyası əslində ermənilərin və ermənipərəstlərin toplandığı qurumdur. Bir Komissiyanın ki, əsas fiquru Kristofer Smit ola, orada ədalətdən danışmağa, dəm vurmağa dəyərmi? Adam saxta "erməni soyqırımı"nın ən böyük təəssübkeşlərindən, dəstəkçilərindəndir, bütün varlığı ilə türkə, türk kökənlilərə nifrət edir, Amerikada Erməni Milli Komitəsinin radikal rəhbəri Aram Hamparyanla dostluq münasibətindədir. Beləsindən orijinal, mərkəzçi, obyektiv fikir gözləmək olarmı? Yox, təbii. Amma məni bir Azərbaycan vətəndaşı olaraq bundan daha çox üzən məsələ var. Söhbət sapı özümüzdən olan baltalardan gedir. Parlamentin son iclasında da bu haqda danışdım. Çox acınacaqlı bir mövzudur. Ölkəmizdə özünü radikal müxalifət adlandıran kəsimin rəhbəri özü kimi nanəcib övladını Helsinki Komissiyasının bütün dinləmələrində Azərbaycana qarşı danışdırır, erməni tərəfin mövqeyini müdafiə elətdirir, həmin Smitin düz yanında əyləşdirir. Mübarizəni ilk öncə belələri ilə aparmaq lazımdır. Ümumilikdə Helsinki Komissiyasının məqsədlərinə gəlincə isə bu ilk öncə erməni lobbisinin fəaliyyətini stimullaşdırmaq, eyni zamanda Dağlıq Qarabağla bağlı zaman manevri etmək niyyətini güdür. Hər zaman olduğu kimi". Prezidentlərin Cenevrə görüşündən sonra Ermıənistan tərəfinin verdiyi aqressiv bəyanatlara gəlincə, Elşən Musayev qeyd edib ki, hazırda erməni tərəf panikadadır: "Özləri də anlayır ki, zaman yetişib. Düzdür Sərkisyan bunu yorğunluq aspektində dəyərləndirməyə çalışdı, amma hətta bu deyilişdə də bir özünüifşa var idi. Artıq gerçəkdən müzakirə olunası bir şey qalmayıb. Torpaqlar qayıtmalıdır və Sarkisyanın etirafı əslində nökəri olduğu dövlətə ismarıc idi ki, imkan verin bu zillətdən qurtulaq, Azərbaycan onsuzda enində-sonunda öz halal haqqına qovuşacaq. Başqa variant yoxdur".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31