1347 şəxs Baş Təhsil İdarəsinin müsabiqəsində iştirak etmək istəyir
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), psixoloq və kitabxanaçı vəzifələrinə işə qəbul üzrə elan edilmiş müsabiqənin II (test imtahanı) mərhələsi 3-5 noyabr 2017-ci il tarixlərində keçiriləcək. Bu barədə məlumat “OLAYLAR”-a Təhsil İdarəsindən daxil olub. Bildirilib ki, müsabiqənin keçirilmə yeri və konkret vaxtı barədə namizədlərin şəxsi səhifəsinə məlumat göndəriləcək.
31 Oktyabr 2017 13:07 SosialBakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), psixoloq və kitabxanaçı vəzifələrinə işə qəbul üzrə elan edilmiş müsabiqənin II (test imtahanı) mərhələsi 3-5 noyabr 2017-ci il tarixlərində keçiriləcək. Bu barədə məlumat "OLAYLAR"-a Təhsil İdarəsindən daxil olub. Bildirilib ki, müsabiqənin keçirilmə yeri və konkret vaxtı barədə namizədlərin şəxsi səhifəsinə məlumat göndəriləcək.
Qeyd edilən vəzifələr üzrə işə qəbul olmaq istəyən 1347 şəxs http://musabiqe.baku.edu.az/ portalı vasitəsilə qeydiyyatdan keçib. Qeydiyyatdan keçmiş 700-dən artıq şəxsin elektron ərizədəki məlumatlarının uyğunluğu yoxlanıldıqdan sonra müsabiqənin növbəti (test imtahanı) mərhələsində iştirakı mümkün hesab edilib. Müvafiq vəzifələr üzrə qoyulan tələblərə uyğun gəlmədiyindən 600-ə yaxın müraciətə imtina verilib.