Gündəm
Bərzaninin istefasının pərdəarxası məqamları
İraqda vəziyyət getdikcə daha da gərgin xarakter alır. İlk mərhələdə Qərbin və Birləşmiş Ştatların dəstəyini alaraq tələm-tələsik referendum keçirərək Şimali İraqın müstəqilliyini elan edən İraq Regional Kürd Muxtariyyətinin lideri Bərzani referendumdan sonra ona vəd olunan dəstəyi ala bilmədiyi üçün bu sevdasından hələlik vaz keçməli olub. Hər halda onun noyabrın 1-dən etibarən istefa verəcəyi barədə açıqlaması belə deməyə əsas verir. İstefasının səbəblərinə gəlincə, Bərzani Birləşmiş Ştatların xəyanəti səbəbindən belə bir addım atmaq məcburiyyətində qaldığını vurğulayıb.
Şərqlə Qərbi birləşdirən qlobal layihə
Nəhayət ki, gözlənilən tarixi gün yetişdi və oktyabrın 30-da üç ölkənin-Azərbaycan, Türkiyə və Gürcüstanın birgə layihəsi olan Baki-Tbilisi-Qars dəmir yolu xətti Bakıda təşkil olunan rəsmi açılış mərasimi istifadəyə verildi. Azərbaycan və Türkiyə prezidentləri-İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan, eləcə də Gürcüstan və Qazaxıstanın baş nazirlərinin iştirakı ilə baş tutan açılış mərasimi ilə Bakı-Tbilisi-Ceyhandan başlayan üçtərəfli strateji əməkdaşlıq yeni bir mərhələyə qədəm qoydu. Qeyd etmək lazımdır ki, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri kimi Bakı-Tbilisi-Qars dəmir yolu xətti də ilk gündən qısqanclıqla qarşılandı, bu layihəyə, ən əsası Ankara, Bakı və Tbilisinin yeni bir formatda əməkdaşlığına əngəllər törədilməyə cəhdlər edildi. Təbii ki, BTC kimi bu layihənin də reallaşmasına ən böyük maneəni Ermənistan və erməni lobbisi törətmək istəyirdi. Çünki sözügedən layihə bir daha Ermənistanı regional və beynəlxalq əhəmiyyətli layihələrdən kənarda saxlayırdı və işğalçı ölkənin izolyasiyasını sürətləndirirdi. Ona görə də ermənilərin kompakt yaşadığı və dəmir yolu xəttinin Gürcüstan ərazisindən keçən hissəsində erməni təxribatlarına cəhdlər törədildi. Lakin hər zaman olduğu kimi bu təxribatlar da prosesi əngəlləyə bilmədi.
Sarkisyan Putinin hüzuruna niyə gedir? – Qorxunc səfər, yaxud ÖLÜM HÖKMÜ
Ermənistan prezidenti Serj Sarkisyan noyabrın 15-16-da Rusiyaya işgüzar səfər edəcək. Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan bildirib ki, Sarkisyan həmin tarixdə Moskvada keçiriləcək erməni mədəniyyət günlərində iştirak edəcək. Lakin bu səfər zamanı Ermənistan prezidentinin Rusiya prezidenti Vladimir Putin tərəfindən qəbul edilib-edilməyəcəyi dəqiq deyil.
Əsəd ABŞ qarşısında geri çəkilir
Suriyanın şimalında “terror dəhlizi” yaratmağı planlaşdıran ABŞ Şimali İraqda Məsud Bərzani nümunəsinin yaşanmaması üçün Dəməşq ilə danışıqları sürəıtləndirib. “Yeni Şəfəq” nəşrinə istinadən xəbər verir ki, BMT-nin hesabatlarına da daxil edilən kimyəvi hücumlar ABŞ tərəfindən şantaj vasitəsinə çevrilir.
Seçki qərargahının sabiq rəhbəri həbs edildi
ABŞ prezidenti Donald Trampın seçki qərargahının sabiq rəhbəri Pol Manaforda ev həbsi verilib. CNN telekanalının yayımladığı məlumata əsasən, sabiq rəhbər Ukrayna hakimiyyətinin maraqlarıni təsdiqləmək və lobbiçiliyə dəstəkdə günahlandırılır. Telekanal onu da əlavə edib ki, ABŞ-ın hökumət nümayəndələri məhkəmədən Manaforta 10 milyon dollar məbləğində cərimə kəsməsini tələb edib.
Akif Çovdarovun bu cinayətlərinə xitam verildi - QƏRAR
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun bir neçə cinayətdə iştirak etmədiyi açıqlanıb.
Bakı-Tbilisi-Qars dəmir yolu xəttindən başqa formada da faydalanmaq olar- ŞƏRH
“Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi tarixi hadisədir. Əlbəttə, bu beynəlxalq layihə Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsi, kommunikasiyanın birbaşa olaraq Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa və Asiyaya çıxarılması baxımından ölkəmiz üçün müstəsna əhəmiyyət kəsb edir”. Bu sözləri "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.
"BTQ dəmir yolu Azərbaycanın iqtisadi uğurlarından biridir"
"Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsinin reallaşması Azərbaycanın iqtisadi uğurlarından biridir. Belə ki Azərbaycan bu yolla həm öz yüklərinin daşınmasında, həm də tranzit ölkə kimi yükdaşımada mühüm nailiyyət əldə edəcək". Bunu millət vəkili Elman Məmmədov deyib.
Tanınmışlar Fədayə Laçın haqda nə dedilər?- FOTOLAR
Xəbər verdiyimiz kimi, müğənni Fədayə Laçın ötən gün həbs edilib. Məlumata görə, ifaçının sənət dostları Fədayə haqqında "İnstagram" səhifələrində fikirlərini bildiriblər.
Samir Piriyevdən Kamran Həsənlinin ünvanına sərt sözlər
Müğənni Samir Piriyev aparıcı Kamran Həsənlini yalan danışmaqda günahlandırıb. Məlumata görə, ifaçı aparıcınn ünvanına bunları deyib: “Kamran, bilmirəm, söhbət hansı türkdən gedir. Amma onu deyə bilərəm ki, heç kəs bu gün bir manat pulunu tanımadığı adama verməz. Bəs mən 115 min dolları tanımadığıma verərdim? Ərhanı Türkiyədə həbs eləyəndə deyib ki, pulu Kamrana verib, ondan istəsin.
58 nəfər insan alveri qurbanına yardımlar göstərilib
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi tərəfindən cari ildə Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi tərəfindən yönləndirilmiş 58 nəfər insan alveri qurbanına və qeyri-hökumət təşkilatları tərəfindən yönləndirilmiş 23 nəfər potensial insan alveri qurbanına müxtəlif növ yardımlar göstərilib.
Amerikalı ekspert: Bakı-Tbilisi-Qars dəmir yolu bir çox ölkə üçün faydalı layihədir
Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu bir çox ölkə üçün faydalı layihədir. Bunu Mərkəzi Asiya üzrə ekspert Brüs Panyer deyib. Onun sözlərinə görə, bu dəmir yolu təkcə Şərqlə (Çin və Mərkəzi Asiya) Qərbi (Avropa) yox, həm də Şimalla (Rusiya) Cənubu (İran və Fars körfəzi) birləşdirəcək: “Beləliklə də, onlarla ölkə BTQ dəmir yolunun işə düşməsindən xeyir götürəcək”.
Bakcell növbəti dəfə “Socially Devoted” sertifikatı alıb
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti “Facebook” sosial şəbəkəsində abunəçilərin suallarının cavablandırma səviyyəsinə görə 2017-ci ildə ikinci dəfə “Socially Devoted” sertifikatı ilə təltif olunub.
DİN Ağcabədidə yanacaqdoldurma məntəqəsində partlayışla bağlı məlumat yayıb
Daxili İşlər Nazirliyi Ağcabədi rayonunda yanacaqdoldurma məntəqəsində baş verən partlayışla bağlı məlumat yayıb. Nazirlikdən verilən məlumata görə, oktyabrın 30-da saat 19 radələrində Ağcabədi rayonunun Boyat kəndi ərazisindəki “Maye qaz” yanacaqdoldurma məntəqəsinin çəninə Şirvan şəhər sakini Gülhüseyn Nəsirov “ZİL-130” markalı avtomobilindən maye qaz boşaldarkən partlayış baş verib.
Deputat: Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılması yeni bir tarixin yazılmasıdır
Bakı-Tbilisi Qars (BTQ) dəmir yolu xəttinin istifadəyə verilməsi ilə Azərbaycan daha bir tarixi hadisəyə imza atdı. Bunu millət vəkili Elman Nəsirov deyib. Millət vəkili bildirib ki, bu hadisə bütün dünya ictimaiyyətinin diqqətini cəlb etdi: "Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin ardınca Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılması yeni bir tarixin yazılmasıdır.














