Seçki qərargahının sabiq rəhbəri həbs edildi
ABŞ prezidenti Donald Trampın seçki qərargahının sabiq rəhbəri Pol Manaforda ev həbsi verilib. CNN telekanalının yayımladığı məlumata əsasən, sabiq rəhbər Ukrayna hakimiyyətinin maraqlarıni təsdiqləmək və lobbiçiliyə dəstəkdə günahlandırılır. Telekanal onu da əlavə edib ki, ABŞ-ın hökumət nümayəndələri məhkəmədən Manaforta 10 milyon dollar məbləğində cərimə kəsməsini tələb edib.
31 Oktyabr 2017 12:11 DünyaABŞ prezidenti Donald Trampın seçki qərargahının sabiq rəhbəri Pol Manaforda ev həbsi verilib. CNN telekanalının yayımladığı məlumata əsasən, sabiq rəhbər Ukrayna hakimiyyətinin maraqlarıni təsdiqləmək və lobbiçiliyə dəstəkdə günahlandırılır. Telekanal onu da əlavə edib ki, ABŞ-ın hökumət nümayəndələri məhkəmədən Manaforta 10 milyon dollar məbləğində cərimə kəsməsini tələb edib. Haqqında irəli sürülən ittihamları rədd edən P.Manaford bunun absurd olduğunu bildirib. P.Manafordun vəkili Kevin Dauninq qeyd edib ki, Manafort 2014-cü ildə sadəcə demoktratiyanı irəli çəkərək Ukraynaya ABŞ və Avropa Birliyinə yaxınlaşmaqda kömək edib. Publika.az