Gündəm
Hacı Qalib Salahzadənin oğlunun məhkəməsi noyabrın 6-da baş tutacaq
Sabiq deputat Hacı Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadənin cinayət işi üzrə məhkəmənin başlanma vaxtı məlum olub. Məlumata görə, cinayət işi üzrə məhkəmənin hazırlıq iclası noyabrın 6-na təyin edilib.
Deputatımız Rusiyaya səfər edəcək
Noyabrın 1-də Moskvada Pedaqoji Dövlət Universitetinin yaradılmasının 145 illiyi ilə əlaqədar yubiley tədbiri, noyabrın 2-də isə Sankt-Peterburqda MDB Parlamentlərarası Assambleyasının Dövlət quruculuğu və yerli özünüidarəetmə təcrübəsinin öyrənilməsi daimi komissiyasının iclası keçiriləcək.
TBMM üzvləri Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını yüksək qiymətləndirib - SORĞU
“Çindən başlayan dəmiryolu xətlərinin Azərbaycandan Türkiyəyə, buradan da Avropaya keçməsi tarixi “İpək yolu”nun bərpası baxımından mühüm əhəmiyyətə malikdir. Bu proseslərdə Azərbaycanın mərkəzi ölkələrdən biri halına gəlməsi Türkiyə üçün də önəmlidir. Biz Azərbaycandakı sabitliyə və inkişafa daima xüsusi əhəmiyyət vermişik”.
Coğrafiya İnstitutu: Müşahidə edilən temperatur oktyabr ayı üçün xarakterik deyil
“Oktyabrın son günlərində ayrı-ayrı vaxtlarda havanın temperaturu iqlim normasından 2-3 dərəcə yüksək olub. Belə temperaturun qeydə alınması bu ay üçün xarakterik deyil”. Bunu Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müavini Məhərrəm Həsənov deyib. Onun sözlərinə görə, əvvəlki illərdə də oktyabr ayında belə isti havamüşahidə edilib, bu isə iqlim dəyişmələrinin təsiri nəticəsində baş verir.
Ermənistan ordusunun daha iki əsgəri xidmətdən qaçıb
İşğal olunmuş Ağdərə yaşayış məntəqəsində yerləşən hərbi hissədə xidmət edən Ermənistan ordusunun hərbi qulluqçuları Henrik Qazaryan və Atabek Mkrtçyan məruz qaldıqları təhqirlərə dözməyərək xidmət yerlərindən qaçıblar.
Hindistanda qan donduran hadisə
Hindistanda dəhşətli hadisə qeydə alınıb. Meerut şəhərində 100 yaşlı bir qadının evinə girən şəxs onu zorlayarkən tutulub. 35 yaşlı Ankit Punia adlı şəxs 100 yaşlı qadının evinə soxulub. Ankit təcavüz edəndə yaşlı qadının qohumları tərəfindən tutulub. Polislər Ankiti insanların əlindən güclə alıblar. Yerli sakinlər Puniaya ölüm cəzasının verilməsini tələb ediblər. 35 yaşlı təcavüzçü həbsxanaya salınıb.
Culian Assanc Rusiyadan siyasi sığınacaq istəməyib — SƏBƏB
"WikiLeaks" saytının banisi Culian Assanc Rusiyadan siyasi sığınacaq istəmək ehtimalını düşündüyünü açıqlayıb. Bununla belə, Assanc bu addımı atmayıb. Çünki onun fikrinə görə belə olduğu halda, Qərb mətbuatı bu vəziyyəti onun əleyhinə istifadə edə bilərdi.
Yadplanetlilər bizimlə niyə əlaqə yaratmır? - NASA-dan yeni TEOREM
NASA alimləri qalaktikadakı planetlərdə mövcud həyatın və mədəniyyətin öyrənilməsinə dair yeni bir teorem ortaya atıb. NASA əməkdaşı Alan Stern "American Astronomical Akademiyasının" təşkil etdiyi tədbirdə "New Horizons" adlı teoremi müzakirəyə qoyub. O, Yer sakinlərinin uzun illər yadplanetlilərlə əlaqə qurmasının məhz fərqli mədəniyyətlər səbəbindən mümkün olmadığına işarə edib.
"FƏDAYƏ saf sevginin qurbanı oldu": Əməkdar artistdən HƏMKARINA DƏSTƏK
Əməkdar artist Lalə Məmmədova həbs olunan həmkarı Fədayə Laçına dəstək olub. O, instaqram hesabında Fədayənin müdafiə edərək, bunları yazıb: “Ehhh...Təmiz qəlbli, saf Fədayəm mənim. Bir bilsən, necə pisəm...
Bakının mərkəzində ÇILPAQ GƏZƏN ADAM - VİDEO
Dünən Bakının mərkəzində daş dövründən gələn bir insan peyda olub. “Tarqovı” deyilən ərazidə müasir insanlar arasında çaş-baş dolaşan bu şəxs əvvəl bulvarda müşahidə olunub. Deyilənə görə, o, bulvar istiqamətində dənizdən çıxıb, “Tarqovı” ya qədər gəlib çıxaraq, insanların böyük marağına səbəb olub.
Hadisə “O Səs Türkiyə”nin hansı FİNALÇISI İLƏ SEVGİLİ OLDU? – VİDEO/FOTOLAR
Hadisə keçən mövsüm "O Səs Türkiyə”də birinci olan Dodan Özerlə sevgilidir. Müğənni bu yaxınlarda verdiyi açıqlamada "Tək deyiləm. Həyatımda biri var" demişdi. İddialara görə, Hadisə “O Səs Türkiyə” birincisi Dodan Özerlə eşq yaşayır. Müğənninin dünən sosial şəbəkədə paylaşdığı foto şübhələri təsdiqləyib.
Hilari Klintonu məğlub edən GİZLİ MƏKTUBLAR
ABŞ-da prezident seçkilərində namizədliyini irəli sürən Hillari Klinton gözlənilmədən ortaya çıxan gizli məktublara görə seçicilərin güvənini itirmişdi. Məşhur “Wikileaks” portalının təsisçisi Culian Assanc H.Klintonun gizli məktublarının haradan əldə olunduğunu açıqlayıb.
Metropoliten sərgi təşkil edəcək
Noyabrın 1-də metronun "Nəriman Nərimanov" stansiyasının keçidlərində növbəti sərgimiz baş tutacaq. Bu barədə məlumat “OLAYLAR”-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən daxil olub. Bildirilib ki, Metro Gallery layihəsi çərçivəsində baş tutacaq növbəti sərgi "Köhnə Bakı" adlanır. Sərgidə paytaxtımızın köhnə görüntülərinin əks olunduğu fotoşəkillər nümayiş olunacaq. Paytaxt sakinləri və şəhərimizin qonaqları sərgi vasitəsilə tarixə birgə ekskursiya etmək imkanı qazanacaq.
Qənirə Paşayeva: “Bu, Azərbaycanın bir neçə illik deyil, uzun illər maraqlarına xidmət edəcək”
"Bakı-Tiflis-Qars dəmiryolu xəttinin açılması tarixi hadisədir. Bu layihənin ilk gündəmə gəldiyi günləri xatırlayıram. Onun həyata keçməməsi üçün kənardan ortaya atılan əngəlləri xatırlayıram. Amma Azərbaycan, cənab Prezidentimiz bu tarixi layihənin reallaşması üçün çox ciddi addımlar atdı”. “
Ermənilər 110 dəfə atəşkəs rejimini pozub
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 110 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex, Şavarşavan, İcevan rayonunun Paravakar kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Kəmərli, Fərəhli kəndlərində, Berd rayonunun Nerkin Karmirağbur, Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Hacıalılı, Ağdam, Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.














