Gündəm
Suriya ordusu Deyr-ez-Zor əyalətində İŞİD-i məhv edir - VİDEO
Suriya ordusu Al-Hamidi və Al-Orfi strateji məntəqələrində əminliklə irəliləyir. Hazırda terrorçularla döyüşlər Deyr-ez-Zor əyalətinin Hassarat adlı ərazisində gedir.
Universitet ərazisində ATIŞMA - ölən var
Naməlum şəxslər ABŞ-ın Solt-Leyk-Siti şəhərində Yuta Universitetinin şəhərciyi ərazisində atışıblar. Bu haqda şəhər polisinin bəyanatında deyilir. Məlumata görə, atışma nəticəsində bir nəfər həlak olub. Şübhəlilər saxlanılıb.
Hadi Rəcəbli: “Azərbaycan dövləti əhalinin rifah halının yaxşılaşdırılması üçün lazımı islahatları davam etdirmək iradəsinə malikdir”
“İqtisadi inkişaf strategiyası yeni mərhələdə də sosialyönümlü olması ilə fərqlənir. İnkişafa xidmət edən sosial-iqtisadi kursun əsasında vətəndaşların rifah halının yükdəldilməsi, bütün sosial layihələrin tam həcmdə yerinə yetirilməsi dayanır”. Bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.
Dünyanın 6 məşhur tablosunda GİZLƏDİLMİŞ ŞİFRƏLƏR - VİDEO
Dünyada ən çox araşdırma aparılan sahələrdən biri də tarixi tablolarla bu günümüzə qədər gəlib çıxan gizli şifrələrdir. Mono Lizanın gözlərindəki şifrənin Leonardo da Vincinin şifrəsi olduğu iddia edilsə də, hələ də bunun nə olduğu müəyyən edilməyib.
Eldar İbrahimov: Sosial-iqtisadi sahədə görülən işlərin real nəticələri gələcəyə nikbin baxmağa tam əsas yaradır
“Azərbaycanın yeni mərhələdə iqtisadi inkişaf strategiyasının uğurlu olmasını şərtləndirən başlıca faktorlardan biri indiyə qədər həyata keçirilən strateji kursun effektivliyidir. Yəni iqtisadi baza əsaslı olduğuna görə islahatların səmərəliliyini təmin etmək və qarşıdakı mərhələdə daha uğurlu inkişaf dinamikası əldə etmək tam mümkündür”.
Bu gün Milli Məclis yığışacaq
Bu gün Azərbaycan Respublikası Milli Məclisinin növbəti plenar iclası keçiriləcək. Parlamentin mətbuat xidmətindən “Olaylar.az”a bildirilib ki, iclasda 38 məsələ müzakirə olunacaq. Deputatlar “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Azərbaycan (ACG) Limited, BP Eksploreyşn (Kaspian Si) Limited, Şevron Xəzər, Ltd., Ekson Azərbaycan Limited, İnpeks Sausvest Kaspian Si, Ltd., İtoçu Oyl Eksploreyşn (Azərbaycan) İnk., ONGC Videş Limited, Statoyl Abşeron AS, Türkiyə Petrolleri A.O. arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanun layihəsini nəzərdən keçirəcəklər. Həmçinin “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə Birləşmiş Ərəb Əmirliklərinin Standartlaşdırma və Metrologiya üzrə Əmirlik Orqanı arasında uyğunluq sertifikatlarının və uyğunluq nişanlarının qarşılıqlı tanınması haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə, "Azərbaycan Respublikası Hökuməti ilə Bermud Adaları Hökuməti arasında uçuşların təhlükəsizliyinə nəzarət üzrə tənzimləyici funksiyaların və vəzifələrin ötürülməsinə dair" Sazişin təsdiq edilməsi haqqında qanun layihələri müzakirə ediləcək.
Şirvanşahlar dövrünə mənsub sikkələr aşkar edildi – ZAQATALADA
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin fonduna yeni numizmatik materiallar daxil olub. Olaylar.az bildirir ki, Zaqatala rayonunda aşkarlanmış Şirvanşahların gümüş dirhəmlərindən ibarət dəfinənin bir hissəsi AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinə verilib.
Oskara namizəd olan filmimiz Los Ancelesdə nümayiş olundu
Los Ancelesdə keçirilən Asiya Dünya Film Festivalı çərçivəsində Azərbaycanın Oskar Mükafatına təqdim etdiyi “Nar bağı” filmi nümayiş etdirilib. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Olaylar.az – a bildirilib ki, konsulluğun dəstəyilə keçirilən filmin təqdimatından öncə çıxış edən baş konsul Nəsimi Ağayev Azərbaycan kinematoqrafiyasının 1898-ci ildən başlayan tarixi, mövcud ənənələri haqqında məlumat verib və Azərbaycanın bu sahədə fəaliyyət göstərən ilk ölkələrdən olduğunu diqqətə çatdırıb. “Nar bağı” filmi haqqında danışan N.Ağayev ailə faciəsindən bəhs edən bu filmin gözəl sənət əsəri olduğunu bildirib.
Dəymiş ziyanın həcmi müəyyən edilir
Daşkəsən Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Dəstəfur meşəbəyliyinin 1 saylı dolayının ərazisində yanğın baş verib. Olaylar.az bildirir ki, yanğının söndürülməsi üçün əraziyə dərhal Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirliklərinin əməkdaşları cəlb olunub. Rayonun Dəstəfur kəndində 8 ha meşə ağacları və kol-kos yanıb. Meşə təsərrüfatının qalan hissəsi yanğından mühafizə olunub.
“Qarabağ” "Atletiko"ya qarşı - YENİLƏNİR
Bu gün “Qarabağ” komandası Çempionlar Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək. Ağdam təmsilçisi IV tur çərçivəsində İspaniyada “Atletiko”nun qonağı olacaq. Bu kollektivlərin oktyabrın 18-də Bakı Olimpiya Stadionunda baş tutan ilk duelində qolsuz heç-heçə qeydə alınıb. İlk turda İngiltərədə “Çelsi”yə 0:6, evdə isə İtaliya təmsilçisi “Roma”ya 1:2 hesabı ilə uduzan “Qarabağ” madridlilərlə heç-heçə etməklə ilk xalını aktivinə yazıb. Bu uğurun davamını gətirmək çətin olsa da, nəzəri cəhətdən 1/8 finala vəsiqə qazanmaq da mümkündür.
Uğursuzluğun simvolu olan qara pişiklərin sirri
Çox insan qarşısından qara pişik keçdi deyə, yolunu dəyişir və ya başına bir uğursuzluq gələcəyinə inanır. Bəs görəsən, qara pişiklərə niyə "uğursuz" damğası vurulur? Bu fikir eramızdan əvvəl üçüncü minillikdə antik Misirdə ortaya çıxıb.
Azərbaycan YUNESKO-nun Baş Konfransının vitse-prezidenti seçildi
Rusiya gəmisi batdı: 8 ölü
Qara dənizdə Rusiya bayrağı altında üzən “Geroy Arsenal” yük gəmisi batıb. Gəmi Azov dənizindən Qara dənizə keçərək, İstanbula yük aparırmış. İlkin məlumata görə, 8 nəfər dünyasını dəyişib. Hazırda dənizdə sürəti 38 kv/m-ə çatan güclü külək əsir.
İraq Kürdüstanına Məsud Bərzaninin qardaşı oğlu rəhbərlik edəcək
İraqın şimalındakı Kürd Muxtar Əyalətinin başçısı vəzifəsini müvəqqəti olaraq muxtariyyətin baş naziri Neçrivan Barzani icra edəcək. "Haber7" xəbər verir ki, əyalətə yeni başçı seçilənədək qərarları muxtariyyətin parlamenti və ya Ədalət Şurası qəbul edəcək.
İnterpolun axtardığı Azərbaycan vətəndaşı Gürcüstanda saxlanılıb
Gürcüstanda Azərbaycan vətəndaşı saxlanılıb. Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Marneulidə saxlanılan 1990-cı il təvəllüdlü İ.M. adlı şəxsin avtomobilində “Kalaşnikov” avtomatı, 2 daraq və 50 patron aşkarlanıb. Saxlanılan şəxsin 2014-cü ildən İnterpolun “qırmızı xətti” ilə axtarışda olduğu müəyyənləşib. O, qətl törətməkdə günahlandırılır.














