İnterpolun axtardığı Azərbaycan vətəndaşı Gürcüstanda saxlanılıb

Gürcüstanda Azərbaycan vətəndaşı saxlanılıb. Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Marneulidə saxlanılan 1990-cı il təvəllüdlü İ.M. adlı şəxsin avtomobilində “Kalaşnikov” avtomatı, 2 daraq və 50 patron aşkarlanıb. Saxlanılan şəxsin 2014-cü ildən İnterpolun “qırmızı xətti” ilə axtarışda olduğu müəyyənləşib. O, qətl törətməkdə günahlandırılır.

Gürcüstanda Azərbaycan vətəndaşı saxlanılıb. Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Marneulidə saxlanılan 1990-cı il təvəllüdlü İ.M. adlı şəxsin avtomobilində "Kalaşnikov" avtomatı, 2 daraq və 50 patron aşkarlanıb. Saxlanılan şəxsin 2014-cü ildən İnterpolun "qırmızı xətti" ilə axtarışda olduğu müəyyənləşib. O, qətl törətməkdə günahlandırılır.

Gürcüstan DİN dövlət sərhədini qanunsuz keçmə və qanunsuz silah saxlama maddələri ilə istintaq aparır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31