Dəymiş ziyanın həcmi müəyyən edilir
Daşkəsən Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Dəstəfur meşəbəyliyinin 1 saylı dolayının ərazisində yanğın baş verib. Olaylar.az bildirir ki, yanğının söndürülməsi üçün əraziyə dərhal Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirliklərinin əməkdaşları cəlb olunub. Rayonun Dəstəfur kəndində 8 ha meşə ağacları və kol-kos yanıb. Meşə təsərrüfatının qalan hissəsi yanğından mühafizə olunub.
31 Oktyabr 2017 10:21 SosialDaşkəsən Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Dəstəfur meşəbəyliyinin 1 saylı dolayının ərazisində yanğın baş verib. Olaylar.az bildirir ki, yanğının söndürülməsi üçün əraziyə dərhal Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirliklərinin əməkdaşları cəlb olunub. Rayonun Dəstəfur kəndində 8 ha meşə ağacları və kol-kos yanıb. Meşə təsərrüfatının qalan hissəsi yanğından mühafizə olunub.
Qeyd edək ki, yanğın zamanı ərazidə quru ot örtüyü və xəzəl yanıb, ağaclara ziyan dəyməyib.
Yanğının hansı səbəbdən baş verməsi və dəymiş ziyanın həcminin müəyyən olunması məqsədilə araşdırma aparılır.