Şirvanşahlar dövrünə mənsub sikkələr aşkar edildi – ZAQATALADA

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin fonduna yeni numizmatik materiallar daxil olub. Olaylar.az  bildirir ki, Zaqatala rayonunda aşkarlanmış Şirvanşahların gümüş dirhəmlərindən ibarət dəfinənin bir hissəsi AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinə verilib.

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin fonduna yeni numizmatik materiallar daxil olub.

Olaylar.az  bildirir ki, Zaqatala rayonunda aşkarlanmış Şirvanşahların gümüş dirhəmlərindən ibarət dəfinənin bir hissəsi AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinə verilib.

Muzeyin Numizmatika və epiqrafika elmi fond şöbəsinin müdiri, t.e.d., prof. Əli Rəcəblinin təyinatına əsasən, sikkələr şirvanşah V Məhəmməd (981-991) və III Yəzidin (991-1027) zərbinə mənsubdur. Şəxsi kolleksiyadan alınmış daha bir unikal sikkə - şirvanşah Qubadın (1043 - 1049) adından kəsilmiş gümüş dirhəmdir. Material Azərbaycan tarixinin qaranlıq səhifələrini işıqlandıran tarixi fakt kimi əhəmiyyət kəsb edir.

Həmçinin, Gəncə bölgəsində tapılmış Elxani gümüş dirhəmlərindən (XIII əsrin sonu - XIV əsrin əvvəli) ibarət dəfinənin və həmin ərazidə tapılmış Ağqoyunlu gümüş təngələrindən (XV əsrin II yarısı) ibarət dəfinənin natamam hissələri tarixi qaynaq və topoqrafik amil kimi dəyərlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31