Qənirə Paşayeva: “Bu, Azərbaycanın bir neçə illik deyil, uzun illər maraqlarına xidmət edəcək”

"Bakı-Tiflis-Qars dəmiryolu xəttinin açılması tarixi hadisədir. Bu layihənin ilk gündəmə gəldiyi günləri xatırlayıram. Onun həyata keçməməsi üçün kənardan ortaya atılan əngəlləri xatırlayıram. Amma Azərbaycan, cənab Prezidentimiz bu tarixi layihənin reallaşması üçün çox ciddi addımlar atdı”. “

"Bakı-Tiflis-Qars dəmiryolu xəttinin açılması tarixi hadisədir. Bu layihənin ilk gündəmə gəldiyi günləri xatırlayıram. Onun həyata keçməməsi üçün kənardan ortaya atılan əngəlləri xatırlayıram. Amma Azərbaycan, cənab Prezidentimiz bu tarixi layihənin reallaşması üçün çox ciddi addımlar atdı". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva deyib. Millət vəkili bildirib ki, sözügedən layihənin reallaşması Azərbaycanımız üçün sadəcə iqtisadi deyil, həm də siyasi, strateji anlamda çox önəmli idi və artıq reallaşdı: "Bakı-Tiflis-Qars dəmiryolu tarixi İpək Yolunun bir parçası kimi Avropanı Asiya ilə birləşdirəcək önəmli bir nəqliyyat layihəsidir və Azərbaycanın bir neçə illik deyil, uzun illər maraqlarına xidmət edəcək. Bu tarixi layihənin reallaşmasına şahidlik etmək çox gözəl bir hadisədir. Azərbaycan,Türkiyə və Gürcüstanın rəhbərlərinin iştirakı ilə açılan Bakı-Tiflis-Qars dəmiryolu xətti düyada günün ən önəmli mövzularından biridir. Uğurların hər zaman bol olsun gözəl Azərbaycan, əziz Vətən!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31