"BTQ dəmir yolu Azərbaycanın iqtisadi uğurlarından biridir"

"Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsinin reallaşması Azərbaycanın iqtisadi uğurlarından biridir. Belə ki Azərbaycan bu yolla həm öz yüklərinin daşınmasında, həm də tranzit ölkə kimi yükdaşımada mühüm nailiyyət əldə edəcək". Bunu millət vəkili Elman Məmmədov deyib.

"Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsinin reallaşması Azərbaycanın iqtisadi uğurlarından biridir. Belə ki Azərbaycan bu yolla həm öz yüklərinin daşınmasında, həm də tranzit ölkə kimi yükdaşımada mühüm nailiyyət əldə edəcək". Bunu millət vəkili Elman Məmmədov deyib.

Deputat bildirib ki, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu Şərq-Qərb dəhlizi ilə yükdaşımada aparıcı qüvvə hesab olunur: "Layihənin reallığa çevrilməsi məhz Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi və böyük əməyi səviyyəsində mümkün olub. Azərbaycan bununla özünü təkcə neft və qaz hasil edərək ixrac edən ölkə kimi deyil, həm də Şərqi Qərblə, Şimalı Cənubla birləşdirən nəqliyyat qovşağı və logistika mərkəzi kimi təqdim edir".

Həmçinin hazırda Şimal-Cənub yolu üzərində iş getdiyini deyən deputat söyləyib ki, Azərbaycan artıq bu layihədə mərkəz rolunu oynayacaq: Azərbaycan iqtisadiyyatının gələcək inkişafı üçün, Azərbaycanın regionda mühüm strateji rolunun gücləndirilməsi üçün bu layihə çox vacib və mühümdür".

Qeyd edək ki, ötən gün Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi baş tutub. Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Qazaxıstanın Baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Özbəkistanın Baş naziri Abdulla Aripov, həmçinin Tacikistan və Türkmənistandan nümayəndə heyətləri mərasimdə iştirak ediblər. Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31