Tanınmışlar Fədayə Laçın haqda nə dedilər?- FOTOLAR
Xəbər verdiyimiz kimi, müğənni Fədayə Laçın ötən gün həbs edilib. Məlumata görə, ifaçının sənət dostları Fədayə haqqında "İnstagram" səhifələrində fikirlərini bildiriblər.
31 Oktyabr 2017 12:04 MədəniyyətXəbər verdiyimiz kimi, müğənni Fədayə Laçın ötən gün həbs edilib. Məlumata görə, ifaçının sənət dostları Fədayə haqqında "İnstagram" səhifələrində fikirlərini bildiriblər.
Onları təqdim edirik:
Əməkdar artist Elza Seyidcahan: "İnsan olan kəs bu ifanın qarşısında ya məhv, ya da adam olar. Kimisə qınamaq olmaz. Ay Fədayə, kaş deyilən sözlər yalan olardı. Sən özün hər zaman hər şeyin yerini bilən, qabiliyyətli, mərd, səmimi və qanunlarımıza hörmət edən bir xanım olmusan. Bu nə işdir? Allah anana səbr versin".

Müğənni Rəqsanə İsmayılova: "Bəzən başımıza nə gələcəyini bilmirik. Biz nədənsə yıxılana balta vururuq. Həyatda heç kim heç nədən sığortalanmayıb. Biz də insanıq, nə olsun ki, müğənniyik? Qanun hamımız üçündür, amma çox pis oldum. Allah ailəsinə səbr versin. Fədayə ilə yaxın dost olmasam da, bir qadın, ana kimi üzüldüm. Allah yolunu açıq etsin. Biz sənətdə olan insanlar belə gün olanda heç bir zaman bir-birimizə kömək olmuruq. Allah şeytana lənət eləsin. Türkiyədə Deniz Seki tutuldu, bütün müğənnilər ona dəstək oldu. Səhv hamının həyatında bir dəfə olur. Biz ancaq insanları baltalayıb başına bir iş gələn kimi yıxmağa çalışırıq. Sevmək gözəldir, hər bir insan sevə bilər. Axı sevgi heç bir sərhəd tanımır. Bu sevginin sonu belə acılı sonluqla bitir".

Müğənni Tacir Şahmalıoğlu:
"Mən də bir eloğlu kimi Fədayə xanımın həbsinə üzülənlərdən biriyəm. Allah yolunu açsın".

Müğənni Ayan Babakişiyeva: "Uşaq idim bu mahnıları dinləyəndə. Tale bizi yaman yerdə sınadı. Bilmədən qınamayın, yıxılanı baltalamayın".

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu: "Günün ən üzücü xəbəri. Fədayə doğrudan da gözəl sənətkardır. Sevginin gözü kordur. İnsanı haralara desən aparar. Dua edib, Allahdan gözəl sənətçimizin yenidən sevənlərinin, ailəsinin yanına qayıtmasını diləyək".

Prodüser Tolik: "Çox məyus oldum. Keçən həftə Fədayə Laçının sənətindən və Tacir Şahmalıoğlu ilə münasibətindən danışdım. Heç kim həyatın ona yazdığından sığortalanmayıb. Amma nə demək olar. Fədayəni bəlkə sevgi, bəlkə qorxu, bəlkə də carəsizlik gətirib, bu yerə çıxardı. Hamımızın qanun qarşısında boyunumuz qıldan incədir. Amma kimisə qınamağa, kimisə rişxənd etməyə dilimiz uzundur. Allah Fədayəyə kömək olsun. Ən çox bilirsiz nəyə pis oldum. Sevgiyə görə özün oda atanı, elə sevgilisi atdı, qaçdı. O, hələki azadlıqdadır. Amma Fədayə zindandadır. Ən çox Fədayənin oğluna acıyıram. Çox savadlı və tərbiyəli övladı var. Allah qapılarını açsın".

Qeyd edək ki, Məmmədova Fədayə Baris qızı (Fədayə Laçın) oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilir.
F.Laçın həmin iş üzrə təqsirləndirilərək barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bu gün isə F.Laçının qaçan məhbuslardan biri, "Qoca" ləqəbli avtoritet Etibar Məmmədovla fotosu yayılıb. Fədayənin "Qoca" ilə sevgili olduğu bildirilir. Sia.az