Bərzaninin istefasının pərdəarxası məqamları

İraqda vəziyyət getdikcə daha da gərgin xarakter alır. İlk mərhələdə Qərbin və Birləşmiş Ştatların dəstəyini alaraq tələm-tələsik referendum keçirərək Şimali İraqın müstəqilliyini elan edən İraq Regional Kürd Muxtariyyətinin lideri Bərzani referendumdan sonra ona vəd olunan dəstəyi ala bilmədiyi üçün bu sevdasından hələlik vaz keçməli olub. Hər halda onun noyabrın 1-dən etibarən istefa verəcəyi barədə açıqlaması belə deməyə əsas verir. İstefasının səbəblərinə gəlincə, Bərzani Birləşmiş Ştatların xəyanəti səbəbindən belə bir addım atmaq məcburiyyətində qaldığını vurğulayıb.

Və ya İraqda sabitliyin yaranmasında kimlər maraqlı deyil

İraqda vəziyyət getdikcə daha da gərgin xarakter alır. İlk mərhələdə Qərbin və Birləşmiş Ştatların dəstəyini alaraq tələm-tələsik referendum keçirərək Şimali İraqın müstəqilliyini elan edən İraq Regional Kürd Muxtariyyətinin lideri Bərzani referendumdan sonra ona vəd olunan dəstəyi ala bilmədiyi üçün bu sevdasından hələlik vaz keçməli olub. Hər halda onun noyabrın 1-dən etibarən istefa verəcəyi barədə açıqlaması belə deməyə əsas verir. İstefasının səbəblərinə gəlincə, Bərzani Birləşmiş Ştatların xəyanəti səbəbindən belə bir addım atmaq məcburiyyətində qaldığını vurğulayıb.

Hazırkı situasiyada başda Türkiyə olmaqla İraqda sabitliyin bərpa edilməsində maraqlı olan tərəflər, Rusiya və İran Bərzaninin istefasını təqdir etsələr və İraq Regional Kürd Muxtariyyəti liderinin ona yönəlik təzyiqlər nəticəsində istefaya məcbur olduğunu düşünsələr də, lakin məlum istefa heç də müsbət sonluqdan xəbər vermir. Və Tehran, Ankara və Moskva Bərzaninin istefasından o qədər də arxayınlaşmamalıdır. Məsələ ondadır ki, Məsud Bərzani istefa versə də, başladığı mübarizəni sona çatdırmaq niyyətində olduğunu bəyan edib. Elə onun istefasından sonra kürdlərin yenidən Kərkükə hücum taktikasına əl atması və baş verən qızğın döyüşlər deyilənləri təsdiqləyir ki, Bərzaninin istefası ilə müstəqillik arzusu heç də yarımçıq qalmayacaq. Əksinə bölgədə hərbi qarşıdurma, insan tələfatı daha da artacaq. Elə əksər ekspertlər, analitik təhlilçilər də düşünürlər ki, Bərzani istefası ilə daha dərin problemlərə yol açacaq. Daha məqbul variant Qərbin təzyiqləri ilə onu yol gətirmək ola bilərdi. Lakin görünür nə Qərb bunda maraqlı görünmədi, nə də gəncliyi dağlarda Türkiyə Silahlı Qüvvələrinə qarşı terror hücumlarında keçən Bərzani üçün səssizlik arzuedilən olmadı. Elə regionda sabitlik, səssizliyin hpkm sürməsi müəyyən mənada Qərbin də maraqlarına ziddir. Çünki yaranan sabitlik onun istehsal etdiyi silahların alıcılıarının sayının azalması anlamını verir. Hazırda cərəyan edən proseslərdən gəlinən nəticə ondan ibarətdir ki, İraqı, xüsusilə də Kərkükü yeni ciddi təhlükələr gözləyir. Bərzaninin istefasının səbəbləri barədə danışan politoloq Məhəmməd Əsədullazadə də qeyd edib ki, İraq regional Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzani uğursuz referendum siyasəti nəticəsində istefa verməli oldu. Onun səlahiyyətlərinin hökumət, parlament və Ədliyyə Şurasına təhvil verilməsi qərarı parlamentdə keçirilən səsvermə nəticəsində qəbul edilib: "Bərzani xalqın arasında olacağını və bundan sonrada siyasi fəaliyyət göstərəcəyini qeyd etməklə, Kərkükün əldən verilməsində Birləşmiş Ştatları xəyanatkarlıqda günahlandırdı. Qeyd edək ki, Bərzaninin 25 sentyabrda keçirdiyi referendum birbaşa İraqın parçalanmasına xidmət edirdi. Təbii ki, İraqın parçlanması Türkiyə və İranın da eyni ssenari yaşamasını yaxınlaşdırırdı. Ankara-Tehran və Bağdadın üçlük ittifaqı nəticəsində Bərzaninin müstəqillik planı hələlik təxirə salınmış oldu". Politoloq deyib ki, hazırda Ərbillə Bağdad arasında ABŞ-ın başçılığı altında atəşkəs əldə olunub və danışıqlar aparılır: "Türkiyə və İran tərəfindən siyasi-iqtisadi blokadaya alınan Kürd muxtariyyətində iqtisadi-sosial vəziyyət gərginləşirdi. Bunun da siyasi-hərbi gərginliyə gətirib çıxaracağı şübhə doğurmurdu. Həmçinin kürd qruplar arasında narazılığı pik həddə qaldıracağı, Bərzaniyə qarşı silahlı çevriliş baş verə bilərdi. Ona görə Bərazni istefa verməklə özünü sığortalamış oldu. Onsuz da referendum qərarı ilə normal münasibətlərdə olduğu İraq, Türkiyə və İranın yanında etibarsız siyasətçi kimi reputasiyasını korlamışdı.

İndiyə kimi Kərkük neftinin satışından milyonlar qazanaraq ayaqda duran Bərzani Kərkük nefti əlindən çıxmaqla istefaya getmiş oldu. İraq ordusunun Kərkükü geri alması, Bərzani çevrəsində ciddi siyasi təlatümə səbəb olmuşdu". Məhəmməd Əsədullazadə onu da deyib ki, Bərzani istefa verməklə, hələlik kölgəyə çəkilir: "Bununla öz mövcudluğunu qoruyacaq. Həmçinin Muxtariyyətin Baş naziri Nərçivan Bərzanini irəli verməklə, boz kardinallığını davam etdirəcək. Bərazaninin getməsi Tələbani rəhbərliyinin "Kürdüstan Yurdseverlər" və "Goran" partiyaları ilə ciddi siyasi qarşıdurması, siyasi partiyalar arasında yekdil siyasi ortamın olmamasından da irəli gəlirdi. 25 Sentyabr referendumla bu düşmənçilik daha dərinləşdi. Artıq, Ərbil yönətimi Bağdadın şərtləri ilə öz mövcudluğunu saxlayacaq. Bütün halda İraqda mövcud vəziyyət daha da gərgin xarakter alacaq".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31