Yaponiyada bir mənzildə 9 cəsəd tapıldı
Yaponiyanın paytaxtı Tokio şəhərində 27 yaşlı bir sakinin mənzilindən 9 nəfərin bədən qalıqları tapılıb. Cəsədlərlə bərabər iki kəsilmiş baş da aşkar edilib.Mənzildəki soyuducularda tapılan cəsədlərin səkkizi qadın, biri isə kişi cəsədi imiş.
31 Oktyabr 2017 12:41 DünyaYaponiyanın paytaxtı Tokio şəhərində 27 yaşlı bir sakinin mənzilindən 9 nəfərin bədən qalıqları tapılıb. Cəsədlərlə bərabər iki kəsilmiş baş da aşkar edilib.Mənzildəki soyuducularda tapılan cəsədlərin səkkizi qadın, biri isə kişi cəsədi imiş. Şübhəlinin mənzilindən həmçinin motorlu mişar da tapılıb. Bir neçə gün əvvəl polis şübhəlinin itkin
düşmüş 23 yaşlı sevgilisinin axtarışına başlayıb. Axtarış nəticəsində isə bu dəhşətli mənzərə ortaya çıxıb. Xəbəri "Olaylar"ın Türkiyə bürosu yayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31