Gündəm
Rusiyada azərbaycanlı iş adamı həbs olunub
Rusiya Federasiyası Tatarıstan Respublikasının Kazan şəhərində azərbaycanlı iş adamı həbs olunub. Məlumata görə, Kazan şəhər Sovetski rayon polisi tərəfindən saxlanılan azərbaycanlı iş adamı, əslən Azərbaycanın Cəlilabad rayonundan olan Ağayev Namiq Aydın oğludur.
QHT-media əlaqələrinin gücləndirilməsi müzakirə ediləcək
Azərbaycan Milli QHT Forumu (MQF) Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “QHT-lərə institusional inkişaf sahəsində xidmətlərin göstərilməsi” adlı layihə icra edir.
Şahzadə aktrisa ilə evlənəcək
Böyük Britaniya şahzadəsi Harri yaz aylarında amerikalı aktrisa Meghan Markle ilə evlənəcəklərini elan edib. 33 yaşlı Harry krallıqda beşinci yeri tutur. Onun 36 yaşlı nişanlısı Markle ABŞ-ın televiziyalarının birində yayımlanan serialda oynayır.
Hərbi hissədə artilleriya üzrə estafet yarışları keçirilib
Müdafiə Nazirliyinin “N” nömrəli hərbi hissəsində artilleriya üzrə estafet yarışları keçirilib. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, artilleriyaçıların döyüş hazırlığı və peşəkarlığının yüksəldilməsi məqsədilə icra olunan yarışlarda şəxsi heyətin qarşısında bir neçə tələb qoyulub.
“Nazirin xanımı” təqdim olundu
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında serb yazıçı-dramaturqu Branislav Nuşiçin eyniadlı pyesi əsasında səhnələşdirilmiş “Nazirin xanımı” tamaşası təqdim olunub. Teatrın mətbuat xidmətindən Olaylar.az – a verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsayev, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistentləri Əməkdar mədəniyyət işçisi Rəfiqə Musayeva və Vüqar Məmmədovdur.
Meşə torpaqlarındakı qanunsuz tikililər sökülür
Meşə sahələrində ağacların qanunsuz kəsilərək ağac emalı sexlərinə daşınması və kömür hazırlanmasında istifadə edilməsi, meşə fondu torpaqlarının istifadə vəziyyəti ilə bağlı aparılan araşdırmalar, keçirilən reydlər və görülən tədbirlər son günlər mətbuatın gündəmindədir.
Bəstəkarlara borcum var, utanıram... - Flora Kərimova
FETÖ-nun “kassası” Türkiyəyə gətirildi - Əməliyyat
İyulun 15-də Türkiyədə hərbi çevrilişə cəhd etmiş FETÖ-nun “kassası” kimi tanınan iş adamı Məmduh Çıxmaz Türkiyəyə gətirilib. Bu barədə “Milliyyət” məlumat yayıb. FETÖ-nun pul dövriyyəsində mühüm rol oynayan Çıxmazın MİT-in keçirdiyi əməliyyatla Sudandan gətirildiyi bildirilib.
"Qarabağ" - "Çelsi" matçının hakiminin balı bəlli oldu
Çempionlar Liqasının 5-ci turu çərçivəsində keçirilən “Qarabağ” - “Çelsi” matçında verdiyi qalmaqallı qərarlarla sərt reaksiyalara tuş gələn baş hakim Manuel de Souzanın qiyməti bəlli olub.
Dövlət sərhədini pozan İran vətəndaşı tutulub
Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən narkotik vasitələrin qaçaqmal yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb. DSX-nın Mətbuat Mərkəzindən “Olaylar”a verilən məlumata görə, noyabr ayının 24-də Astara rayonunun Orucməhəllə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədinin pozulmasına cəhd edilib.
Kosta Rikanın xarici işlər naziri Azərbaycana gəlir
Kosta Rika Respublikasının xarici işlər və etiqad naziri Manuel Gonzalez Sanz noyabrın 28-29-da Azərbaycanda səfərdə olacaq. XİN-dən “Olaylar”a verilən məlumata görə, səfər çərçivəsində nazir Manuel Gonzalez Sanzın xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşü, eyni zamanda Kosta Rika Respublikasının Azərbaycanda səfirliyinin açılış mərasimində iştirakı planlaşdırılıb.
Millət vəkili: “Avropanın özündə də separatizm meylləri güclənəcək”
“Avropa İttifaqının Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı Sammitində imzalanan Birgə Bəyannamədə Şərq Tərəfdaşlığının bütün dövlətlərinin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi birmənalı olaraq bir daha dəstəklənib. Bəyannamədə deyilir: “Avropa İttifaqı bütün tərəfdaşların ərazi bütövlüyü, müstəqilliyi və suverenliyini dəstəkləməyə dair öhdəliklərinə sadiqdir”. Bunu millət vəkili Azər Badamov deyib.
Varşavada müsəlman mərkəzi daşa basıldı
Polşanın paytaxtı Varşavada naməlum şəxslər İslam mədəniyyəti mərkəzini daşa basıb. Məlumata görə, polis hadisə nəticəsində xəsarət alanların olmadığını bildirib.
Yaponiya sahillərində içi meyit dolu qayıq tapılıb
Yaponiya sahillərində içində 8 nəfərin meyiti olan taxta qayıq aşkarlanıb. Məlumata görə, sahil-mühafizə xidməti qayıqda tapılan bir neçə meyitdən artıq skeletlər qaldığını qeyd edib. Hazırda Akita prefekturasının polisi araşdırma aparır.
Penitensiar xidmətə 48 yeni əməkdaş qəbul edilib
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Baş idarəsində orta rəis heyətinə qulluğa qəbul edilmiş 48 əməkdaşın andiçmə mərasimi keçirilib.














