Varşavada müsəlman mərkəzi daşa basıldı

Polşanın paytaxtı Varşavada naməlum şəxslər İslam mədəniyyəti mərkəzini daşa basıb. Məlumata görə, polis hadisə nəticəsində xəsarət alanların olmadığını bildirib.

Polşanın paytaxtı Varşavada naməlum şəxslər İslam mədəniyyəti mərkəzini daşa basıb. Məlumata görə, polis hadisə nəticəsində xəsarət alanların olmadığını bildirib. Gecə saatlarında baş verən daş hücumu zamanı binanın şüşələri sındırılıb, mərkəzin əmlakına ziyan dəyib. Hazırda polis hadisə ilə bağlı araşdırmalara başlayıb. Mərkəzin əməkdaşları əvvəllər dəfələrlə təhdidlər aldıqlarını bildiriblər. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31