Dövlət sərhədini pozan İran vətəndaşı tutulub

Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən narkotik vasitə­lərin qaçaqmal yolu ilə ölkə ərazisinə gətiril­məsinin qarşısı alınıb. DSX-nın Mətbuat Mərkəzindən “Olaylar”a verilən məlumata görə, noyabr ayının 24-də Astara rayonunun Oruc­məhəllə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində İran İslam Respub­likasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədinin pozulmasına cəhd edilib.

Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən narkotik vasitə­lərin qaçaqmal yolu ilə ölkə ərazisinə gətiril­məsinin qarşısı alınıb. DSX-nın Mətbuat Mərkəzindən "Olaylar"a verilən məlumata görə, noyabr ayının 24-də Astara rayonunun Oruc­məhəllə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində İran İslam Respub­likasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədinin pozulmasına cəhd edilib. Sərhədçilərin sayıqlığı nəticəsində dövlət sərhədinin pozulmasının qarşısı alınıb, hadisə yerindən qaçmağa cəhd edən 2 nəfər sərhəd pozucusu yaxalanıb. İran İslam Respublikasının vətəndaşları olan sərhəd pozucularının - 1972-ci il təvəllüdlü Sasanian Vəhdət Qasım oğlunun və 1973-cü il təvəllüdlü Qəvipur Xotpesara Fərəc oğlunun üzərindən 2 kq 355 qram heroin, 3 kq 10 qram tiryək, 355 qram "Metamfetamin" və 993 ədəd psixotrop dərman preparatı olan "Metadon" həbi aşkar olunub. Fakt üzrə əməliyyat və istintaq tədbirləri davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31