Gündəm

Miçel: “Qarabağ"da yorğunluq var"

27 Noyabr 2017 14:50

"Qarabağ"ın yarımmüdafiəçisi Miçel Madera Topaz Premyer Liqasının XIII turunda "Zirə" üzərində 3:2 hesablı səfər qələbəsindən sonra jurnalistlərin suallarını cavablandırıb.

Messi: “Ronaldu ilə dost olacağıma inanmıram”

27 Noyabr 2017 14:49

"Barselona"nın hücumçusu Lionel Messi "Real"ın futbolçusu Kriştinu Ronaldunun gələcəkdə dost ola biləcəkləri barədə söylədiyi fikirlərə münasibət bildirib.  "Marca" nəşrinə verdiyi geniş müsahibədə argentinalı ulduz jurnalistin bununla bağlı sualını da cavablandırıb.

Zorladı və fotolarını çəkdi - 1 ay şantaj etdi

27 Noyabr 2017 14:45

Türkiyənin Zonquldaq rayonunun Çaycuma qəsəbəsində bir qadını zorlayıb, bu an çəkdiyi fotolarla şantaj edən şübhəli həbs olunub. Rayonda yaşayan M.K. (35) adlı qadın bir ay öncə U.G-nın (49) onu zorladığını və o məqamda çəkilən fotolarla şantaj edildiyini bildirərək, şikayət edib. Polislər şübhəlini evində ələ keçiriblər.

Avtoservisdə beş "Gelandewagen" yandı

27 Noyabr 2017 14:41

Rusiyanın paytaxtı Moskva şəhərində beş ədəd "Mercedes Gelandewagen" markalı avtomobil yanıb. Məlumata görə, Moskva polisindən bildirilib ki, hadisə Kutuzov keçidində yerləşən avtoservisdə baş verib. 

4 növ yadplanetli Yer kürəsinə gəldi

27 Noyabr 2017 14:37

Kanadanın keçmiş müdafiə naziri Paul Helyer 4 növ yadplanetlinin Yer kürəsinə gəldiyini və onların məhv edildiyini açıqlayıb. Keçmiş nazir yadplanetlilərin yerlə əlaqəsini gizlətmək üçün trilyonlarla dollar xərcləndiyini etiraf edib. 

Azərbaycanda yüksək vəzifəli məmur istefa verdi – FOTO

27 Noyabr 2017 14:35

“Azərpoçt” MMC-nin baş direktoru Ülvi Mansurov işdən çıxıb.  Ü.Mansurov öz ərizəsi ilə tutduğu vəzifədən kənarlaşıb. “Ülvi Mansurov oktyabr ayının 1-dən vəzifəsini öz xahişi ilə tərk edib”, – deyə mənbə vurğulayıb. Hazırda onun yerinə təyinat yoxdur. Baş direktor vəzifəsinin icrası müvəqqəti olaraq Sübhan Kazımova həvalə olunub.

Piyadanı vurub qaçan sürücü saxlanıb

27 Noyabr 2017 14:32

Noyabrın 26-da isə Quba rayon sakini Elmar Ramazanovun avtomobillə vurulması nəticəsində xəstəxanaya yerləşdirilməsi barədə Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə məlumat daxil olub.

Avtoqəzada 2 nəfər ölüb, 4-ü yaralanıb

27 Noyabr 2017 14:31

Qəbələ rayonunun Zarağan kəndində yol-nəqliyyat hadisəsi qeydə alınıb. DİN-dən “Olaylar”a verilən mlumata görə, noyabrın 27-də saat 1:00 radələrində Qəbələ rayonunun Zarağan kəndində rayon sakini Sirus İsmayılovun idarə etdiyi “VAZ-2107” və Bakı şəhər sakini Məcid Xəlilovun idarə etdiyi “Toyota” markalı avtomobillər toqquşub.

Bakıda cibgir ələ keçib

27 Noyabr 2017 14:30

Oğurluqda şübhəli bilinən Xaçmaz rayon sakini saxlanılıb. DİN-dən “Olaylar”a verilə məlumata görə, oktyabrın 17-də Bakı şəhər sakini A.Rəhimovanın içərisində 250 manat olan pulqabısını oğurlamaqda şübhəli bilinən Xaçmaz rayon sakini Hicran Qurbanov Nəsimi RPİ 20-ci PB-nin əməkdaşları tərəfindən saxlanılıb.

“Nissan” vuran piyada hadisə yerində ölüb

27 Noyabr 2017 14:29

Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “DİN-dən “Olaylar”a verilən məluamata görə, noyabrın 26-da saat 7:00 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində Bakı şəhər sakini Sübhan Cabbarov idarə etdiyi “Nissan” markalı avtomobillə yolu keçən paytaxt sakini Ruslan Cəfərovu vurub və nəticədə piyada hadisə yerində ölüb. Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Gənclər Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüşüb

27 Noyabr 2017 14:27

Gənclər Təşkilatları Milli Şurasının "Gənc Elçilər" Proqramının iştirakçıları Gənclər Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kəstutis Yankauskas və 1-ci müşaviri Denis Danilidis görüşüblər.

Müsabiqələrin məktəbdaxili mərhələsi keçirilir

27 Noyabr 2017 14:26

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında gənc fiziklərin və kimyaçıların yaradıcılıq müsabiqələrinin məktəbdaxili  mərhələsi keçirilir.

Bakıda məşhur məktəbin direktoru işdən çıxarıldı

27 Noyabr 2017 14:23

Bakının məşhur məktəblərindən biri olan 20 nömrəli məktəb-liseyə yeni direktor təyin olunub.  Məktəbin direktoru Yaqut Məmmədova vəzifəsindən çıxarılıb. Onu əməkdar müəllim Səadət Veysova əvəzləyib.

Səmərqənddə “Azərbaycan mədəniyyəti həftəsi”nin açılışı olub

27 Noyabr 2017 14:21

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Əlişir Nəvai adına Səmərqənd Dövlət Universitetində (SDU) “Azərbaycan mədəniyyəti həftəsi”nin açılış mərasimi olub.

Nəticə verməyən səfərlər və həlli müşkülə dönən Qarabağ problemi

27 Noyabr 2017 14:10

Artıq 2017-ci ilin də başa çatmasına sayılı günlər qalıb. Təəssüflər olsun ki, başa vurmaqda olduğumuz bu il də Dağlıq Qarabağ probleminin həlli istiqamətində heç bir müsbət nəticə ilə yadda qalmayacaq.