Gənclər Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüşüb

Gənclər Təşkilatları Milli Şurasının "Gənc Elçilər" Proqramının iştirakçıları Gənclər Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kəstutis Yankauskas və 1-ci müşaviri Denis Danilidis görüşüblər.

Gənclər Təşkilatları Milli Şurasının "Gənc Elçilər" Proqramının iştirakçıları Gənclər Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kəstutis Yankauskas və 1-ci müşaviri Denis Danilidis görüşüblər. Milli Şuradan "OLAYLAR"-a bildirilib ki, görüşdə səfir Azərbaycan-Avropa İttifaqı əlaqələri, Şərq Tərəfdaşlığı, 24 noyabr tarixində keçirilən Şərq Tərəfdaşlığı Forumu, Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanacaq tərəfdaşlıq sazişində mövcud durum, Avropa İttifaqı üçün Azərbaycanla əlaqələrdə vacib olan istiqamətlərdən danışıb. Görüş zamanı həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Avropa ittifaqının mövqeyindən bəhs olunub. Daha sonra gənclər tərəfindən Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin gənclər və gənclər təşkilatları üçün yaratdığı imkanlar, Brexit-dən sonra Avropa İttifaqının gələcəyi, Azərbaycan-Avropa İttifaqı münasibətlərində enerji faktoru, TAP və TANAP layihələri mövzularında verilən suallar cavablandırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31