Sumqayıtda fəaliyyət göstərən 7 nömrəli sərnişin avtobusu ilə bağlı yenə şikayət var
16:10 SosialSumqayit24.az-a bu barədə sakinlər məlumat veriblər.
Şikayətçilərin sözlərinə görə, Sumqayıt Dəmiryol Vağzalının qarşısına qədər hərəkət etməli olan 7 nömrəli marşrut avtobusları bu istiqamətdə hərəkət etmir və sərnişinlər yolun ortasında düşürülürlər.
Qeyd olunub ki, bu səbəbdən vətəndaşlar vağzala piyada getməyə məcbur qalırlar.
Sakinlər bildiriblər ki, yaranmış vəziyyət səbəbindən insanlar qatarlara çata bilmir, işə və dərsə gecikirlər:
"Artıq yeni tədris ilinə də start verilib və xeyli insan vağzaldan istifadə edir. Sürücünün kefi istəmir deyə avtobus vağzala getmir, insanlar isə piyada getməyə məcbur qalırlar. Nəticədə vətəndaşlar vaxtında qatarlara çata bilmir, işə və dərsə gecikirlər", - deyə şikayətçilər narahatlıqlarını bildiriblər.
Qeyd edək ki, redaksiyamız müxtəlif vaxtlarda sözügedən avtobusun Sumqayıt Dəmiryol Vağzalına daxil olmaması ilə bağlı sakinlərin şikayətlərini işıqlandırıb.
Məsələ ilə bağlı müvafiq quruma sorğu ünvanlanıb.