Müsabiqələrin məktəbdaxili mərhələsi keçirilir
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında gənc fiziklərin və kimyaçıların yaradıcılıq müsabiqələrinin məktəbdaxili mərhələsi keçirilir.
27 Noyabr 2017 14:26 SosialBakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında gənc fiziklərin və kimyaçıların yaradıcılıq müsabiqələrinin məktəbdaxili mərhələsi keçirilir. Təhsil İdarəsindən "OLAYLAR"-a bildirilib ki,məktəblilərin fizika və kimya fənlərinə olan marağının daha da artırılması, onların bu sahədə nəzəri və təcrübi biliklərinin təkmilləşdirilməsi və istedadlı şagirdlərin aşkara çıxarılması məqsədilə təşkil edilən müsabiqədə IX, X, XI sinif şagirdləri iştirak edir.Məktəbdaxili mərhələdə iştirakçılar 2 akademik saat ərzində ümumi təhsil və uşaq-gənclər inkişaf mərkəzlərinin proqramlarına uyğun olaraq 30 sualdan ibarət test tapşırığını və 2 məsələni yerinə yetirirlər. Müsabiqənin I mərhələsi noyabrın 30-da yekunlaşacaq. Məktəbdaxili yarışmada qalib gələn komandalar növbəti mərhələdə iştirak etmək hüququ qazanacaq.
Qaliblər Ekspert Qrupu tərəfindən müəyyənləşdiriləcək.