Avtoservisdə beş "Gelandewagen" yandı
Rusiyanın paytaxtı Moskva şəhərində beş ədəd "Mercedes Gelandewagen" markalı avtomobil yanıb. Məlumata görə, Moskva polisindən bildirilib ki, hadisə Kutuzov keçidində yerləşən avtoservisdə baş verib.
27 Noyabr 2017 14:41 SosialDəymiş ziyanın ümumi məbləği və yanğının səbəbi dəqiqləşdirilir
Rusiyanın paytaxtı Moskva şəhərində beş ədəd "Mercedes Gelandewagen" markalı avtomobil yanıb. Məlumata görə, Moskva polisindən bildirilib ki, hadisə Kutuzov keçidində yerləşən avtoservisdə baş verib. "Noyabrın 16-da saat 11:00-da Kutuzov keçidindəki avtoservisin ikimərtəbəli kərpic binasında yanğın baş verib. Yanğın 500 kvadratmetr sahəni əhatə edib. Yanğın nəticəsində beş ədəd "Mercedes-Benz G500" markalı avtomobil tamamilə yanıb", - deyə məlumatda bildirilir. Dəymiş ziyanın ümumi məbləği və yanğının səbəbi dəqiqləşdirilir. Apa.az