Gündəm

Anar Nağılbazın porno görüntüləri yayıldı: "Keçmiş arvadım edib"

27 Noyabr 2017 14:07

Məşhur repçi Anar Nağılbazın porno görüntüləri yayılıb. Yayılan videoda reperlə yanaşı bir gənc xanım da yer alır. Əməkdaşımız sözügedən görüntülərlə bağlı repçinin özü ilə əlaqə saxlayıb. O, bunun keçmiş həyat yoldaşı tərəfindən edildiyini iddia edib: "Sabah klip təqdimatımız olacaq. Həmin təqdimatda bununla bağlı da təfərrüatlı açıqlamalar veriləcək. Amma deyə bilərəm ki, bu iş yüz faiz keçmiş həyat yoldaşımla bağlıdır. Həmin görüntüləri düzüb-qoşanlar məhkəmə qarşısına çıxarılacaqlar. Deyə bilərəm ki, çox peşəkar, fabrikləşdirilmiş iş görüblər. Oradakı səslər də montajdır".

Generaldan “Əl Cəzirə” ilə bağlı təklif: "Partladaq"

27 Noyabr 2017 14:02

Qətərə qarşı qurulan blokadanın başında duran Birləşmiş Ərəb Əmirlikləri tərəfindən təhlükəli tələb irəli sürülüb. Ali səviyyəli təhlükəsizlik əməkdaşı Dahi Qaflan tvitter hesabında Qətərin “Əl Cəzirə” telekanalının bombalanmasının lazım olduğunu yazıb. General-leytenant kanalın Misirin şimalındakı Sinay yarımdasında baş verən məscid partlayışını alovlandırdığını iddia edib.

“Bu silahlar toplanmalıdır” - Türkiyədən TƏLƏB

27 Noyabr 2017 14:00

“ABŞ tərəfindən PYD-yə verilən silahlar toplanmalıdır”. Bunu Türkiyə və ABŞ prezidentləri arasındakı son telefon söhbətini şərh edən Türkiyənin baş nazirinin müavini və hökumət sözçüsü Bəkir Bozdağ deyib.

Bərdə bazarında yanğın olub

27 Noyabr 2017 13:57

Fövqəladə Hallar Nazirliyi Bərdədə baş verən yanğınla bağlı məlumat yayıb. “Olaylar”ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Bərdə rayonu, Güloğlular kəndində bir çardaq altında tikilmiş ümumi sahəsi 60 m2 olan mağazanın anbarının dam örtüyünün və tavanının yanar konstruksiyaları 36 m2 sahədə, ümumi sahəsi 52 m2 olan aptekin lambirdən ibarət tavanı 20 m2 sahədə və hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 60 m2 olan digər mağazanın lambirdən ibarət tavanı 10 m2 sahədə yanıb.

Piyadanı vurub qaçan sürücü saxlanıb

27 Noyabr 2017 13:56

Polis əməkdaşlarının gördüyü tədbirlərlə Yasamal rayonu ərazilərində piyadaların vurulması ilə nəticələnən yol qəzaları törədərək hadisə yerindən uzaqlaşan sürücü müəyyən edilərək istintaqa təhvil verilib.

Narkomanların məcburi müalicəsi aparılacaq

27 Noyabr 2017 13:55

 Narkomaniya ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlərin həyata keçirildiyi tibb müəssisəsi yaradılacaq. Məlumata görə, yeni tibb müəssisəsi qapalı rejimdə fəaliyyət göstərəcək.

İstirahət günlərində yol qəzasında 7 nəfər ölüb, 18-i xəsarət alıb

27 Noyabr 2017 13:54

İstirahət günlərində respublika ərazisində baş verən yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, şənbə-bazar günləri respublikanın avtomobil yollarında 15 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 7 nəfər ölüb, 18 nəfər xəsarət alıb.

Azərbaycanda bu şəxslərin maaşları artırıldı

27 Noyabr 2017 13:52

Bakı Dövlət Universiteti (BDU) rektorluğunun genişləndirilmiş iclasında ali məktəbin bütün əməkdaşlarının əməkhaqqının növbəti dəfə artırılması ilə bağlı qərar qəbul edilib.

"Ərimin intim fantaziyalarından bezdim, məni boşayın" - Gənc qadın üsyan etdi

27 Noyabr 2017 13:51

İstanbulda Betül I. adlı qadın ərinin seks fantaziyalı geyimlər aldığını, istəmədiyi halda zorla geyinmək məcburiyyətində qaldığını və dediklərini etmədiyi zamanlarda isə dalaşdıqlarını bildirərək boşanmaq üçün məhkməyə müraciət edib.

Əcnəbilərin qeydiyyat məsələsi sadələşir

27 Noyabr 2017 13:50

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması qaydaları sadələşdirilir. Məlumata görə,  bununla bağlı Miqrasiya Məcəlləsinə dəyişiklik edilir. Belə ki, Məcəllənin 21-ci (Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması) maddəsinə edilən əlavəyə əsasən, əcnəbi və ya vətəndaşlığı olmayan şəxs qeydiyyata alındığı mənzilin (yaşayış sahəsinin) sahibinə məxsus digər mənzildə müvəqqəti qaldıqda, onun olduğu yer üzrə yenidən qeydiyyata alınması tələb olunmayacaq.

KİV haqqında qanun yenilənir

27 Noyabr 2017 13:47

“Kütləvi İnformasiyalar haqqında” qanuna dəyişikliklər edilir. Məlumata görə, qanunun 3-cü maddəsinə ( Əsas anlayışlar) dəyişiklik təklif edilir. Belə ki,qanuna ediləcək dəyişikliyə görə, 3-cü maddənin 3-cü abzasına “informasiya ehtiyatı” sözləri əlavə edilir. Kütləvi informasiya vasitələrinə - dövri mətbu nəşrlər, teleradio proqramları, informasiya agentlikləri, internet, informasiya ehtiyatı kinoxronika proqramları və digər yayım formaları daxil edilir.

Qənirə Paşayeva Elazığda Qarabağdan danışıb

27 Noyabr 2017 13:45

Millət vəkili Qənirə Paşayeva Elazığ vilayətində Qarabağ problemi ilə bağlı geniş məruzə ilə çıxış edib. “Olaylar” xəbər verir ki, millət vəkili Q.Paşayeva Elazığ vilayətində “15 Temmuz və Vatan” adlı konfransda Qarabağ problemi, Ermənistanın işğalçılıq siyasəti, qərbin ikili standartları və birliyin önəmi mövzusunda geniş məruzə ilə çıxış edib.

Mükafatlar təqdim edildi - Myanma lideri Trampı geridə qoydu

27 Noyabr 2017 13:37

İslam dini ilə mübarizə çərçivəsində təşkil edilən “İslamafobiya mükafatları” builki sahiblərinə təqdim edilib. İslami İnsan Haqları Komissiyasının hər il verdiyi mükafatların lauretaları arasında İngiltərənin xarici işlər naziri Baris Conson və Myanma lideri Aunq San Syu Çi də yer alıb.

3 yaşlı uşaq anasının belindəki bələkdə donaraq öldü

27 Noyabr 2017 13:36

Türkiyənin Iğdır vilayətində qaçaq yolla ölkəyə daxil olan qrupdakı 3 yaşlı uşaq soyuqdan donaraq ölüb. Bələdçilər İran vasitəsilə Türkiyəyə keçən qrupu dondurucu soyuqda çaydan keçməyə məcbur ediblər. Daha sonra onları boş bir ərazidə tərk edərək gediblər.

Avropada Azərbaycanın diplomatik uğuru

27 Noyabr 2017 13:35

Ötən həftə Azərbaycan xarici siyasət sahəsində daha bir neçə nəticəli addımlar ataraq diplomatik uğurlar əldə etdi. Söhbət Brüsseldə keçirilən NATO-nun Şimali Atlantika Şurasının iclası və Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammitindən gedir. Hər iki mühüm əhəmiyyətli toplantıda işitrak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışları zamanı iştirakçıların əsas diqqətini regiondakı münaqişəyə, Ermənistanın işğalçılıq siyasətinə yönəldərək rəsmi Bakının problemin həlli ilə bağlı prinsipial mövqeyini bir daha açıq şəkildə bəyan edib.