3 yaşlı uşaq anasının belindəki bələkdə donaraq öldü
Türkiyənin Iğdır vilayətində qaçaq yolla ölkəyə daxil olan qrupdakı 3 yaşlı uşaq soyuqdan donaraq ölüb. Bələdçilər İran vasitəsilə Türkiyəyə keçən qrupu dondurucu soyuqda çaydan keçməyə məcbur ediblər. Daha sonra onları boş bir ərazidə tərk edərək gediblər.
27 Noyabr 2017 13:36 DünyaTürkiyənin Iğdır vilayətində qaçaq yolla ölkəyə daxil olan qrupdakı 3 yaşlı uşaq soyuqdan donaraq ölüb. Bələdçilər İran vasitəsilə Türkiyəyə keçən qrupu dondurucu soyuqda çaydan keçməyə məcbur ediblər. Daha sonra onları boş bir ərazidə tərk edərək gediblər. Hadisədən xəbər alan polislər dərhal bölgəyə gedib və 3 yaşlı Məhəmmədin anasını belində donaraq öldüyünü görüblər. Donma təhlükəsi olan bəzi qaçqınlar isə xəstəxanaya yerləşdirilib. Publika.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31