“Bu silahlar toplanmalıdır” - Türkiyədən TƏLƏB

“ABŞ tərəfindən PYD-yə verilən silahlar toplanmalıdır”. Bunu Türkiyə və ABŞ prezidentləri arasındakı son telefon söhbətini şərh edən Türkiyənin baş nazirinin müavini və hökumət sözçüsü Bəkir Bozdağ deyib.

"ABŞ tərəfindən PYD-yə verilən silahlar toplanmalıdır". Bunu Türkiyə və ABŞ prezidentləri arasındakı son telefon söhbətini şərh edən Türkiyənin baş nazirinin müavini və hökumət sözçüsü Bəkir Bozdağ deyib.

Xatırladaq ki, noyabrın 24-də ABŞ prezidenti Donald Tramp və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon söhbəti olub. Telefon söhbətində Suriya da daxil olmaqla, Yaxın Şərqdəki vəziyyət və ikitərəfli münasibətlər, həmçinin ABŞ-ın YPG-yə (PKK terror təşkilatının Suriya qanadı olan PYD-nin silahlı gücü - red.) silah dəstəyi müzakirə edilib. Telefon söhbətindən sonra açıqlama verən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib ki, Tramp YPG-yə artıq silah verilməməsi barədə təlimat verib.

Qeyd edək ki, Türkiyə PYD-ni terror təşkilatı kimi tanıyır. ABŞ-ın bu təşkilata hərbi dəstəyi Ankara-Vaşinqton arasında gərginliyin zaman-zaman yüksəlməsinə səbəb olub. Publika.az "Anadolu" agentliyinə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31